• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Köhnə sevgilimin yeni məktubu

  • Yazarlar
  • 3 May 2014 10:11
  • 1 159 Baxış
Köhnə  sevgilimin  yeni  məktubu

Bilirəm, indi mənə köhnə sevgilim deyirsən. Amma bir zamanlar otağımın pəncərəsi altında saatlarla dayanar , mənasız şeirlər oxuyar, gitaranla qonşularımızı bezdirərdin. Hətta atam və qardaşım səni dəfələrlə döysələr də sevgindən imtina etməzdin. Sevgili cütlüklər özlərini bizə bənzədərdilər. Heç nə alınmadı, ayrıldıq. Bu məktubu ona görə yazıram ki, yoxluğun çox həqiqətləri öyrətdi mənə. Və dərk etdim ki,biz ayrılsaq da xatirələrimiz hər zaman birlikdə olacaq. Düşünürdüm ki, məni xoşbəxt etmək iqtidarında deyilsən.Heç nəyin yox idi. Yay – qış eyni paltarı geyinərdin. Rəfiqələrim səni görəndə kinayə ilə gülüb məni utandırırdılar . Dönüb geriyə baxmadan gəldiyin yolla əbədilik qayıtdın.

Mən ədəbaz şəhər qızı idim, sənə sataqmaqdan həzz alırdım. Əvvəlcə hər şey daha çətin oldu, göz yaşlarım küçəmizdəki addımlarının izlərini yuyub apardı. Evimizə dəfələrlə elçilər gəldi, lakin cavabım dəyişməz qaldı. Çünki ruhumda hələ də sənin sevgi pıçıltıların rəqs edirdi. Hər dəfə qapı döyüləndə sən gəldin ağlıma, pəncərədən səs gələndə elə bildim ki, sən daş ataraq məni çağırırsan. Dünən pəncərədən həyətə boylandım, balaca, şirin bir qıczığaz sənin şeirini oxuyurdu :

Məndən uzağa qaçsan da bil ki ,

kölgəm səni izləyəcək .

Pərvazlanıb səmalara qalxsan da bil ki ,

Ruhum səni gözləyəcək.

Nicat Həşimzadə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR