“İsa Muğanna həftəsi”
Bizi izləyin

Yazarlar

“İsa Muğanna həftəsi”

“İsa Muğanna həftəsi”

Hədəf Nəşrləri bu həftəni (5-11 may) “İsa Muğanna həftəsi” elan edib.

Hədəf Nəşrlərindən verilən məlumata görə, Hədəf Nəşrləri aprel ayının birində dünyasını dəyişən yazıçı İsa Muğannanın(Hüseynov) xatirəsinə “Kitabevim.az” kitab mağazalar şəbəkəsi ilə birlikdə bu həftəni “İsa Muğanna həftəsi” elan edib.

Oxucular bu həftə mərhum yazıçı İsa Muğannanın Hədəf Nəşrlərində nəşr edilmiş bütün kitablarını “Kitabevim.az” kitab mağazalar şəbəkəsindən 30 faiz endirimlə əldə edə biləcək. Eyni zamanda yazıçı dünyasını dəyişdikdən sonra haqqında yazılan nekroloqların və ədəbi-bədii yazıların yer aldığı “Ölümdən sonrakı həyat” kitabı mərhumun qırx mərasimində və “Kitabevim.az” kitab marketində oxuculara pulsuz paylanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm