"Şükriyyə, taleyim" - Əhməd Cavad - VİDEO
Bizi izləyin

Yazarlar

"Şükriyyə, taleyim" - Əhməd Cavad - VİDEO

Bu gün Azərbaycanın görkəmli şairi Əhməd Cavadın doğum günüdür.

Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil alıb.

Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri, Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redactor, "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri işləyib.

Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunub. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm