Freydin məşhur deyimləri
Bizi izləyin

Yazarlar

Freydin məşhur deyimləri

Bu gün Ziqmund Freydin doğum günüdür. 1856-cı ilin məhz bu günü Avstriya İmperiyasının Moraviya vilayətində doğulmuş Freyd psixoanaliz elminin banisi hesab olunur. Onun məşhur deyimlərini təqdim edirik:

Adını unutduğunuz adam haqqında şübhəsiz, mənfi bir düşüncəniz vardır.

İnsanın səhhətini qoruyan iki amil var: işini və həyatı sevməsi. Özünə qarşı səmimi olmaq ən yaxşı terapiyadır.

Mədəniyyətin ilk şərti ədalətdir.

Ədaləti ağılın yardımı olmadan həyata keçirmək mümkün deyil.

Hələ cavabı tapılmamış və qadın xarakterilə əlaqədar otuz il davam edən tədqiqatlarımda mənim də cavablandırmağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadınlar nə istəyir?

Məlumat xəzinələrinə çata bilən insanların sayı nə qədər artsa, dini inanclardan uzaqlaşma o qədər artar.

İnsanın inkişafı daxildən xaricə olur.

Mədəniyyətin qurucusu ilk dəfə nizə atmaq yerinə küfr istifadə etmiş olan insandır.

Azadlıq mədəniyyətin insana bəxş etdiyi hədiyyə deyil. Mədəniyyətin olmadığı dövrlərdə insanoğlu daha azad idi.

Buraxın ədalət yerini tapsın, istəsə, qiyamət qopsun.

Bir insana əvəzedilməz olduğunu hiss etdirsəniz, ilk əvəz edəcəyi insan siz olarsınız.

1937.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm