Adil Əliyevdən İsa Qəmbərə tutarlı cavab – YENİLƏNİB / FOTOLAR
Bizi izləyin

Yazarlar

Adil Əliyevdən İsa Qəmbərə tutarlı cavab – YENİLƏNİB / FOTOLAR

Bu gün türkoloq Firudin Ağasıoğlunun “Doqquz Bitik” – “Azərbaycan türklərinin islamaqədər tarixi” kitabının təqdimatı keçirilib. “Avropa” otelinin “Baku Mall Room” zalında baş tutan təqdimat mərasimində millət vəkilləri, ictimai-siyasi xadimlər və ziyalı

Bu gün türkoloq Firudin Ağasıoğlunun “Doqquz Bitik” – “Azərbaycan türklərinin islamaqədər tarixi” kitabının təqdimatı keçirilib. “Avropa” otelinin “Baku Mall Room” zalında baş tutan təqdimat mərasimində millət vəkilləri, ictimai-siyasi xadimlər və ziyalılar iştirak ediblər.

Doqquz cild nəzərdə tutulan ensiklopedik kitabın artıq üç cildi nəşr edilib. Bu əsərdə türk xalqlarının tarixi yeni konsepsiya ilə yazılıb. Yazarın gündəmə gətirdiyi yeni “Urmu” nəzəriyyəsində, “Altay” nəzəriyyəsinin əksinə olaraq, türk etnosunun yarandığı ilkin coğrafi məkan kimi Ön Asiya müəyyənləşib.

“Tarixi qaynaqlar” adlanan I Bitikdə milli və yabançı qaynaqlara yeni baxış və yeni konsepsiyanın metodları şərh olunur. Əsərin II cildində azər xalqının tarixi-etnoqrafik coğrafiyası araşdırılır. “Urmu” teoriyası baxımından öyrənilən oykumenlər, etnik demoqrafiya, kosmonomiya, biosfer, yollar, coğrafi durum, adı və yeri dəyişən toponimlər, çay və dağ adları kimi məsələlər diqqətə alınır və tarixi köçlər haqqında yeni baxış ortaya qoyulur.

III cilddə isə İslamaqədər Ön Asiyada, o cümlədən, Azərbaycanda qurulan türk dövlətləri, türk dövlətçilik gələnəyi, ordu və dövlət məsələləri yer alır. Bu cilddə türkologiyada ilk dəfə olaraq, qədimlərdə mövcud olmuş bir neçə türk dövlətinin varlığı ortaya çıxır.

Yenilənmə

Bu gün Avropa otelində Firudin Cəlilovun "Türklərin islama qədərki tarixi" kitabının təqdimatı mərasimində maraqlı məqam yaşanıb.

Təqdimat mərasimində ölkənin tanınmış elm adamları ilə yanaşı, siyasi partiya sədrləri də iştirak edib.

Kitab təqdimatında çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər hakimiyyətləri dövründə bu mövzuya daha çox diqqət yetirildiyini, kitablar nəşr olunduğunu deyərək, hazırki hakimiyyəti tənqid edib.

Millət vəkili Adil Əliyev isə kitab təqdimatı mərasimində siyasi çıxışlara heç bir ehtiyac olmadığını və məhz indiki hakimiyyətin dövründə sabitliyin bərqərar olduğunu, dövlət büdcəsindən yeni əlifba ilə kütləvi nəşrləri aparıldığını, ortaq türk tarixinin yazılması üçün işə başlandığını bildirərək, etiraz edib.

Adil Əliyev DAK üzvü Əjdər Tağızadənin, “Azərbaycanın bütün ziyalıları bu məslicə toplaşıb” - fikrinə də reaksiya verib: “Azərbaycanın bütün ziyalıları bu salona sığmaz”. /Xəzərİnfo/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm