Leyla Əliyeva: “Gedim bir az ağlayım”
Bizi izləyin

Yazarlar

Leyla Əliyeva: “Gedim bir az ağlayım”

Tanınmış telejurnalist Telli Pənahqızı Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rusca yazdığı şeiri Azərbaycan dilinə çevirib.

GEDİM BİR AZ AĞLAYIM...

Dolan ürəyimi boşaltmaq üçün

Bir xəlvət yer tapım, gözlərdən iraq,

Gizlədib qəlbimi yastığın altda,

Ya da ki, tullayım qoy getsin uzaq.

Ağlayım, bir azca... ovunmaq üçün,

Hər kəsdən saxlayım pünhan dərdimi,

Bulanıq dənizdə batırmaq üçün

Alıb gedəcəyəm mən ürəyimi.

Ya qoşum sərsəri, sərt küləklərə,

Gəzib səhraları dolaşsın bir az.

Qoy elə qumlarda tufan qoparsın,

Niyə yandığına cavab tapammaz.

Sıxım, qoy çilənsin qanı kollara

Suya təşnə olan gül-çiçək içsin,

Batırım yalanı şəkərə, bala,

Acısı dilimin ucundan itsin!

Çağırım dostları şam yeməyinə,

Məst olaq bu gecə, doyunca içək...

Mən məzə yerinə... səni verəcəm,

Acını dadsınlar sənin, ay ürək!

Həyətdə oynayan uşaqlar, ehey...

Bəlkə top lazımdır, buyurun, alın.

“Sevincdən” üfrülüb mənim ürəyim,

Qorxmayın çiləyin... rahat oynayın!

Ya da qoy çıxarım onu bazara,

Müştəri, gəl bəri, ucuz satıram!

İndi param-parça, dəlik-deşikdi,

Bənzəyir kül olmuş boz vulkanlara!

...Hamı çıxıb getdi, qaldıq ikimiz!

Qaldıq bu gecənin qaranlığında.

Bağladım çətiri, bağladım ki, biz

İslanaq yağmurun aydınlığında!

Əl açıb göylərə, aya, günəşə, hayqırdım:

Alın ürəyimi, alın qəlbimi,

Aparın göylərə, əbədiyyətə!

Bilmirəm, bilmirəm, mən həmin gecə,

Bu ürək sənindir, demədim, niyə?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm