
Belarusun ən çox oxunan və kütləvi tirajla nəşr olunan “Неман” ədəbiyyat jurnalında Leyla Əliyevanın şeirləri dərc edilib.
Həmin şeirlər Belarus oxucularının diqqətini cəlb edib və böyük
marağa səbəb olub.
Azərbaycanın Belarusdakı səfirliyindən AzərTAc-a bildiriblər ki,
“Неман” jurnalı bundan əvvəl öz səhifələrində Hüseyn Cavidin “Şeyx
Sənan” poemasına yer ayırmışdı. Leyla Əliyevanın şeirləri isə bu
nüfuzlu ədəbiyyat jurnalının müasir Azərbaycan poeziyasına ilk
müraciətidir.