• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İnsanın ölümlə dialoqu

  • Yazarlar
  • 11 İyul 2014 13:22
  • 1 108 Baxış
İnsanın ölümlə dialoqu

-Kimdir?

-Vaxtdı artıq...

-Hara gedirik?

-Gercək evinə...

-Mənə bir az zaman verin, yalvarıram...

-Zamanın qalmadı...

-Sadəcə, bir necə dəqiqə istəyirəm. Qəlbini sındırdıqlarım var,

könüllərini almamışam... Haqsızlıq etdiklərim var, üzr istəməmişəm...

Yaxşılıq gördüklərim var, dərindən təşəkkür belə etməmişəm...

Bəzi yaxşılıq edənlər var, əvəzində cüzi də olsa pislik

etmişəm... Bəzi dostlarım var sevincimi də, dərdimi də paylaşmaq

əvəzində onlara gizli paxıllıq, həsəd, bəzən hətta pislik də etmişəm...

Haqqını dandıqlarım var... Belə getmək istəmirəm... Belə gedə

bilmərəm... Mən bunun hesabını necə verərəm, necə?

-Demək, bunları bilirdin...

-Bilirdim...

-Artıq nə yararı? – Vaxtında düşünməliydin..!

-Mən hər zaman vaxtımın olduğunu düşünürdüm...

-Qəribəsiniz... Həyat muvəqqətidi, – deyirsiniz... Ölüm bir

andır, – deyirsiniz... amma zamanınız gəldiyində bir az zaman verin

hər şeyi düzəldim deyə yalvarırsınız. Sizə verilən hər dəqiqəni, saatı,

günü, ayı, ili dəyərləndirmirsiniz...

-Əgər bir az zaman versəniz... Kaş ki, sadəcə bir il oncəyə dönə

bilsəm, bircə il oncəyə...

-Əgər... Kaş ki... – Ən sonda yaşanan peşmanlıq hissi...

-Sadəcə, bir necə dəqiqə istəyirəm, bir necə dəqiqə...

-Gözləyirlər...

-Sadəcə, bir necə dəqiqə. Üzdüyüm, könlünü sındırdığım,

haqsızlıq, pislik etdiyim, haqqını yediyim, haqqında dedi-qodu

yaydığım, günahına girdiyim insanlara etiraflar edib, üzr istəyəcəm.

Haqlarını halal etmələrini xahiş edəcəm...

-Bu qədər asandırmı səncə?

-...

-Gedək... Zaman bitdi...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR