• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Böyük şəxsiyyətlərin məşhur deyimləri - Corc Sand

  • Yazarlar
  • 12 İyul 2014 08:15
  • 576 Baxış
Böyük şəxsiyyətlərin məşhur deyimləri - Corc Sand

Kişi kostyumunu qadın libasından üstün tutan Corc Sand Parisin elə yerlərini gəzib-dolaşırdı ki, zadəganlar oralara, bir qayda olaraq, ayaqlarını da basmırdılar. XIX əsr Fransasının ali təbəqələri üçün belə davranış qəbuledilməz idi və odur ki, xanım yazıçı baronessa statusunu faktiki olaraq itirmişdi. Corc Sand həyatının son illərini öz malikanəsində keçirir. Burada hamı ona böyük hörmətlə yanaşır və ehtiramla “Noanlı xeyirxah xanım” adlandırırdılar.

Axar.az məşhur fransız yazıçısı Corc Sandın ən dəyərli aforizmlərini oxucularına təqdim edir:

Məhəbbətsiz nikah – ömürlük katorqa cəzasıdır.

Nikah sevgililər üçün çox gözəl, müqəddəslər üçünsə əlverişlidir.

Həyatda yalnız bircə xoşbəxtlik mövcuddur – sevmək və sevilmək.

İncəsənətə aparan yol tikanlarla doludur, ancaq onlardan gözəl güllər də dərmək olar.

İztirab çəkməmiş könül xoşbəxtliyi dərk edə bilməz!

Elə insanlar var, o qədər böyük ehtirama layiqdirlər ki, hətta xilasları naminə də aldatmaq olmur.

Necə ki, heç bir həyat alınmır, eləcə də onun həyatı alınmadı.

Həyat romanlara daha çox oxşayır, nəinki yazdığımız romanlar həyata.

Unutqanlıq - qəbirlərin üstündə daha yaxşı yetişən çiçəkdir.

Paxıl ürəklərə guya ki, onun xoşbəxtliyini əlindn alan insanlara qarşı nifrət səciyyəvidir.

Xarakteri dəyişmək olmaz – yalnız ayrı-ayrı xüsusiyyətləri, hətta çatışmazlıqları belə xeyirxahlığa sarı yönəltmək olar - tərbiyənin böyük sirri və böyük vəzifəsi də bundan ibarətdir.

Hər kəsin sevilməyə ehtiyacı var, bu, insanı öz gözlərində ucaldır; ancaq insanları müxtəlif cür sevmək lazımdır: birini sonsuz mərhəmətlə, digərini zəifləmək bilməyən ciddiyyətlə.

Kim öz məsumluğunu dərk edirsə, bəraətədək çox könülsüz alçalır.

Pərəstiş və heyranlıqdan xali olan sevgi – dostluqdan başqa bir şey deyil.

Məhəbbət xəsislikdən başqa hər şeyi bağışlaya bilər.

Ərinlə nə üçün ailə qurduğunu başqalarına izah edə bilərsən, amma özünü buna inandıra bilməzsən.

Müdrik odur ki, cəmiyyətlə birlikdə əsrlərin ardınca gedir; geriyə qayıtmağa çalışanlar isə... ağılsızlardır.

Məhəbbətdən ağıllı-ağıllı danışan kişi o qədər də güclü sevə bilməz.

Biz həddindən artıq diqqət ayırdığımız bədbəxtliyi özümüzdə yaratmağa səbəb oluruq.

Biz bütöv bir kitabı çox asanlıqla oda ata bilsək də, həyatımızdan bircə səhifə də qoparıb ata bilmərik.

Yer üzərində uzun müddət yalnız qadının qəlbi ilə kifayətlənməyə qadir olan bircə kişi də yoxdur.

Həyatımız sevgidən ibarətdir, deməli, sevməmək yaşamamaq deməkdir.

Əgər birini yaxşı tanımırsansa, onun haqqında pis danışma, hətta tanısan belə, əvvəlcə öz-özündən soruş: bunu nə üçün deyirəm?

Hər şeyi bilmək olmaz, anlamaq kifayətdir.

Cavabsız qalmış məhəbbət yanılmaqdan necə fərqlənirsə, eləcə də qarşılıqlı sevgidən fərqlənir.

Tənha insan yalnız başqasının kölgəsini təsəvvürünə gətirə bilər, sevilməyənlər isə hər yerdə və hamının arasında tənhadırlar.

Sadəlik – dünyada ən çətin keyfiyyətlərdən biridir; bu təcrübənin ən yüksək həddi və dahiliyin ən son cəhdidir.

Ağıl, düşüncə heç vaxt ağlamır, bu onun işi deyil; ürək isə heç vaxt düşünmür – o bizə bunun üçün bəxş olunmayıb.

Ən qatı din mübarizləri özlərindən nə isə gizlətməyə məcbur olan insanlardır.

Sevgidə və dostluqda təmkinli olmaq ağılsız tuhaflıq və eyni zamanda da əvvəlcə özümüzdə, sonra isə sevdiklərimizdə hər cür hissi öldürməyə qadir xudbinlik aktıdır.

Təvazökarlıq bəzən ifrata varmış qürurdan doğur.

Məhəbbətə müqavimət göstərmək – onu yeni silahlarla təchiz etmək deməkdir.

İzdivac nikah üçün xoşdur.

Zəhmət – cəza deyil, mükafat və qüvvə, şöhrət və məmnuniyyət hissidir.

Vicdan satılanda ölür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR