Yazarlar
Yazıçı ad günündə yeni kitabını təqdim edəcək
19 İyul saat 16:00 da “Kitabevim.az” kitab marketində Hədəf Nəşrlərinin direktoru, dedektiv yazar Müşfiq Xanın "Qatil üçün nekroloq" romanının təqdimatı keçiriləcək.
Yazar eyni zamanda oxucularıyla ad gününü də qeyd edəcək.
“Qatil üçün nekroloq” romanı orduda baş verən özbaşnalıqlardan bəhs edir. Müəllifin dediyinə görə, romanın ideyası orduda özbaşnalıq hallarının artıdığı bir vaxtda yaranıb: "Təxminən bir il əvvəl bu ideya haqqında düşünməyə başladım. Bu günlərdə tamamladığım roman Azərbaycan ədəbiyyatında tərsinə detektiv alt janrında yazılmış ilk romandır. Hərbi xidmət zamanı zabit tərəfindən təhqir edilən əsgər, aldığı psixoloji sarsıntıdan sonra silsilə qətillər törədən qatilə çevrilir. Zəngin yaradıcı fantaziyası olan Oxtəkin adlı qatili ələ keçirmək ciddi problemə çevrilir. Bu zaman müstəqil xəfiyyə, istefada olan polkovnik, ailəsi ermənilər tərəfindən qətlə yetirilmiş Tomar Bəşirli cinayət hadisələrini araşdırmaq üçün fəaliyyətə keçir. Ümumiyyətlə romanın detektiv həvəskarları üçün maraqlı sürpriz olacağını düşünürəm. Eyni zamanda detektivlə maraqlanmayan oxucuların da sevə biləcəyi romandır. Qatilin romantik ovqatı, şeirə, şairlərə isti münasibəti detektiv romanlar üçün yenilik sayıla bilər".
“Qatil üçün nekroloq” sayca müəllifin 7-ci bədii kitabıdır.
Romanın redaktoru Kənan Hacıdır.
Ünvan: Kitabevim.az kitab marketi / Puşkin 32 (28 may metrosu, Dəmiryol xəstəxanasının yanı, AK center 2-ci mərtəbə )
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK