Yazarlar
“Hikmət Hacızadə Səməd Vurğun yaradıcılığından bixəbərdi”
Politoloq Hikmət Hacızadənin Səməd Vurğunla bağlı 1937.az saytında bildirdiyi fikirləri təkcə ədəbi cameədə deyil, cəmiyyətdə fərqli yanaşmaları ortaya qoydu. Bu gün Səməd Vurğunun şəxsiyyətinə və yaradıcılığına münasibət birmənalı deyil. Bəziləri onu ideologiyaya xidmət etdiyinə görə, bəziləri M. Ə. Rəsulzadə, Hüseyn Cavid haqqındakı məlum fikirlərinə görə ittiham edir.
Publika.az-a açıqlama verən Səməd Vurğunun qohumu, hüquqşünas Səməd Vəkilov Hikmət Hacızadəni Səməd Vurğun yaradıcılığından bixəbər adlandırdı və onun fikirlərini populizm xatirinə deyilmiş sözlər adlandırdı:
“Əgər belədirsə, M .Ə. Rəsulzadə Səməd Vurğunu nədən çağdaş dövrün millətçi şairi adlandırıb? Əgər belədirsə, nədən Səməd Vurğunu Huseyn Cavid və Mikayıl Müşfiqi himayə etdiyinə görə Yazıçılar Birliyinin sədri vəzifəsindən azad ediblər? Səməd Vurğun "Azərbaycan" şeirinə görə ağır təzyiqlərə məruz qalıb. Səməd Vurğun sovet dönəmində ən çox təzyiqlərə məruz qalan şairlərdən biri olub. Mənə elə gəlir ki, bu münasibət sadəcə olaraq, Səməd Vurğunu dərindən tanımamaqdan və populist yanaşmadan irəli gəlir.
Səməd Vurğun barəsində verilmiş donoslarla (Milli Təhlükəsizlik Nazirliyinin arxivində) tanış olsanız görərsiniz ki, o, öz dövründə millətçiliyə görə qınanılan bir şair olub".
Kənan
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı