Yazarlar
Torpağın altında istirahət
İzaholunmaz hisslər keçirirəm. Artıq içimdə söz qalmayıb, ilk dəfədir ki, söz qarşısında aciz qalmışam. Sanki bütün sözlər bitib, yazılası heç nə qalmayıb. Dəhşətli dərəcədə yorulmuşam. Son illərin mənəvi zərbələri içimdə yeganə diri qalmış varlığı - sözü də öldürdü.
Seyran Səxavət deyir ki, yaza bilməyəndə gərək yazmayasan, belə məqamda sənin yazmamağın da sözə xidmətdir.
Çörəyi sözdən çıxanlar neyləsin bəs? Çox qəliz məsələdir. İlin-günün bu vaxtı sözsüz qalmaq həm də pulsuz qalmaq deməkdir, pulsuz qalmaq da ölümdən betərdi.
Mənəvi ağrılar cismani ağrılardan betərdi. Bir neçə gün bundan öncə qəfildən hiss elədim ki, ölürəm. Heç bir ağrı yox idi, sadəcə, havasızlıq yarandı, boğulurdum. Həyatımda ilk dəfə idi ölümün buz nəfəsini bu qədər yaxından hiss edirdim, şaşırdım, iradəm sarsıldı, çığırmaq istədim, səsim də çıxmadı.
İnsan fasiləsiz çalışır, yorğunluq bilmədən, gecə-gündüz yazır, mütaliə edir və bir gün... beyin çökür, böhran yaranır, zehni yorğunluq bütün sinir sistemini sıradan çıxarır, yuxusuz gecələr başlayır. Bu isə sözün əsl mənasında məşəqqətdir. Belə məqamlarda sənin üçün ağır yükə çevrilmiş yaddaşından xilas olmaq istəyirsən. Mümkün deyil, az qala ağlını itirəcək həddə çatırsan. Bəs nə etməli? Necə xilas olmalı? Hamı deyir ki, sənə istirahət lazımdır. Amma... Biz birdəfəlik istirahətə gedənlərik, bu yer üzündə bizə istirahət yoxdu, vallah... Torpağın üstündə istirahət edə bilməyənləri torpağın altında əbədi istirahət gözləyir!..
Daha söz də qalmadı yazmağa...
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi