• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Yalançı baharlar...

  • Yazarlar
  • 19 Avqust 2014 11:28
  • 711 Baxış
Yalançı baharlar...

yalançı baharlar aldadır məni,

mən də inanıram yaz gəldiyinə.

elə sevinirəm ötən günlərdən

ömrümə bir dəli qız gəldiyinə.

qaçıram qapıya...açıb görürəm,

qapıda heç kim yox, heç kim gəlməyib.

bugündü, həsrətdi...

bugündə mənəm,

qopub o günlərdən o gün gəlməyib.

yalançı baharlar yalandan gülür,

qalıram bu soyuq yalan içində.

dünyalar elə bil ülgüyə gəlir,

ölçülüb-biçilir yalan biçimdə.

elə inanıram bu yalanlara...

bilirəm, yaşamaq yalandan imiş.

bütün nağılların almalarını,

nağıl deyənlərin özü yeyirmiş.

və bu da bir yalan, bu da bir nağıl,

mən guya varıydım, mən guya yoxam.

bu nağıl içindən, bu gop içindən...

bir yer də yoxdu ki, bir yerə çıxam.

yalançı baharda qar çiçəkləyir,

əlini vurursan, yox olub gedir.

çiçək arzularım uşaqlığım tək,

bu yoxluq içində yıxılıb gedir.

yalandan ömürdü, yalandan gündü,

yalançı baharlar gətirir payız.

yenə də qapının yalan üzündə,

muştuluq istəyir bir yalançı qız.

Esmira Məhiqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR