• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Mənə gözəl bir çarpayı verin, sizə şedevrlər yaradım” - FOTOLAR

  • Yazarlar
  • 2 Sentyabr 2014 11:59
  • 766 Baxış
“Mənə gözəl bir çarpayı verin, sizə şedevrlər yaradım” - FOTOLAR

Məşhurların yazı masası

- Deyilənə görə, Çarlz Dikkens öz romanlarını böyük və çox dəbdəbəli otaqda səlis xətlə mavi rəngli kağızlara vərəqin rəng çalarına yaxın mürəkkəblə qələmə alıb.

- Edqar Uayls isə işçi paltarını geyinib külək tutmayan yerdə böyük masanın kənarında oturaraq, həm durmadan şirin çay içir, həm də diktofona səsini yazdırırmış. Beləliklə, o, bir dəqiqədə 60 söz yaza bilirmiş. Tanınmış detektiv yazarı səhərlər yatar, gecələr isə yazı işinə girişərmiş.

- Mark Tvenin yazı yazma qaydası isə çox qəribədir. Belə ki, yazıçı çarpayıda uzanıb vərəqləri dizinin üstünə qoyub yazırmış. Yazdıqlarını da böyük yazıçı ya çarpayının üstündə qoyar, ya da yerə atıb ordaca yuxulayırmış. “Mənə gözəl bir çarpayı verin, sizə şedevrlər yaradım”, – deyən də məhz Mark Tven olub.

- Volter Skot isə tələskən yazıçı olub. Obaşdan tez duran yazıçı səhər çayını içmədən yazı yazırmış. “İvanhoe” adlı məşhur romanını deyilənə görə, yazıçı gecə-gündüz yazaraq bir günə tamamlayıb.

- Ceyms Coysun çarpayıda uzanıb vərəqləri döşəməyə qoyub yazdığı deyilir. Qara mürəkkəblə yazdığı yazını məşhur yazıçı daha sonra qırmızı rəngli qələmlə düzəlişlər edib tamamlayırmış.

- Aleksandr Düma əyninə ən gözəl geyimlərini keçirib, yaxasına da bir gül taxıb yazı yazırmış. O da çox məhsuldar yazıçılardan olub. Hətta deyilənlərə görə, yazı yazarkən o, ayaqqabılarını və otağının açarını xidmətçisinə verirmiş ki, əsərini bitirmədən heç bir yana çıxa bilməsin.

- Balzakın özəlliyi xüsusi diqqət çəkir. Belə ki, o, hər gün müəyyən həcmdə yazı yazmalı imiş: məsələn, günə 50 səhifə. Tutaq ki, bir gün 30 səhifə yazırdısa, hardansa köçürmələr edib, 50 səhifəni tamamlayırmış.

- Bernard Şou öz şəxsi bağında bir daxma qaralayıb bütün yazılarını burda qələmə alıb. Sonradan makinaya keçən yazıçı, bu üsulu xoşlamadığından təzədən qələmlə yazmağa keçib.

- Şillerin yazı masasında isə həmişə alma olub. O, yazı yaza-yaza almanı qoxlayarmış. Bu qoxu ona müəyyən ortamı xatırlatdığından, həmişə bu yöntəmdən istifadə edib. Bəzən isə yazıçının hamamda su içində yazdığı da deyilir.

- Yazıçı Uelsin isə ayağını suya salmadan yazı yaza bilmədiyi qeyd edilir.

- Henri Ceymsin bütün yazılarını ayaq üstə yazdığı söylənilir. O, otağın içində var-gəl edə-edə ağlına gələn ilk cümləni qarşısındakı ən yaxın kağıza yazır, daha sonra bu cümlələri birləşdirib əsərini tamamlayırmış.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR