Anar: “Sevimli 10 kitab-BookChalleng” haqda heç nə eşitməmişəm”
Bizi izləyin

Yazarlar

Anar: “Sevimli 10 kitab-BookChalleng” haqda heç nə eşitməmişəm”

Kiməsə “hansı kitablar sizdə dərin təəssürat yaradıb?” sualını verməklə o şəxsin psixoloji portretini yaratmaq və dünyagörüşünü ayırd etmək mümkündür.

Publika.az-ın İzvestiya.az saytına istinadən verdiyi xəbərə görə, indi dünyada “Ən sevimli 10 kitab-BookChallenge” adlı aksiya keçirilir. Bu, dünyada yayılan fleşmobdur. Artıq neçə gündür ki, “Facebook” sosial şəbəkəsində istifadəçilər ən sevimli 10 kitabın adını qeyd edərək yoldaşlarını da bu aksiyaya dəvət edir.

“Əli və Nino” kitab mağazası şəbəkəsinin rəhbəri Nigar Köçərli aksiya ilə bağlı bunları söyləyib: “Aksiya onuna maraqlıdır ki, ətrafımızdakı auditoriyanın marağı onun zövqündən və qismən də sosial keyfiyyətindən xəbər verir. Mənim üçün bir fakt da çox xoş oldu ki, hamının qlamur həyat tərzi keçirdiyini düşündükləri bəzi şəxslər də bədii ədəbiyyatdan yaxşı baş çıxardıqları aydınlaşdı”.

Xalq yazıçı Anar isə məsələyə belə münasibət bildirib: “Bu aksiya barədə heç nə bilmirəm və bu haqda verilən suallara cavab verə bilmərəm. Mən KİV-in bu və ya digər suallarına cavab vermək istəməzdim, çünki mənim sözlərim tez-tez təhrif edilir”.

Məşhur Azərbaycan kinorejissor və ssenaristi Ramiz Fətəliyev keçirilən aksiya haqda belə deyib: “Özünüz də gördüyünüz kimi, mən bu fleşmobda iştirak etmişəm. Öz “Facebook” səhifəmdə qiymətli hesab etdiyim 10 kitabın adını qeyd etmişəm. Qeyd etdiyim nəşrlər mənim özümü, refleksiyamı, etik duyğularımı, “Mən”imin estetik ifadəsini əks etdirir”.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm