Puşkin hansı hərfdən istifadə etməyib?
Bizi izləyin

Yazarlar

Puşkin hansı hərfdən istifadə etməyib?

Bu gün dünyada 65-ə yaxın müxtəlif əlifba mövcuddur. Ən çox hərfi olan əlifba kxmer əlifbasıdır – 72 hərfdən ibarətdir. Ən az hərfi olan əlifba isə Yeni Qvineyanın – Papua dillərindən birinə məxsusdur. Bu xalqa yazmaq üçün cəmi 11 hərf kifayət edir.

Ən birinci əlifbanı finikiyalılar yaradıblar, yunanlar isə onlara saitləri əlavə ediblər. Eramızın IV əsrində yaşayıb-yaratmış Roma mirzələri də əlifbanın yaradılmasına öz töhflərini veriblər: onlar baş və adi hərfləri ayırıblar.

Bilirsinizmi ki, ən qədim hərf “O”dur. O, hələ ilk fin əlifbası zamanında var idi. O vaxtdan 3.300 ilədək bir zaman keçsə də, hərf bu günədək dəyişməz şəkildə gəlib bizə çatmışdır.

***

Puşkinin şeirlərinin əksəriyyətində “F” («Ф») hərfini tapmazsınız. Məsələn, “Keşişin nağılı” və ya 30.000 hərfdən ibarət olan “Poltava”da cəmi üç dənə “f” hərfi gözə dəyir. Və istənilən yaxşı bir rus dili lüğətini vərəqləsəniz, orada “f” hərfi ilə başlayan cəmi-cümlətani on-on beş söz tapa bilərsiniz. Amma rus dilindəkı “tvyordıy znak” (ъ) indi sakit və dinc bir küncə qısılıb. Lap bu yaxınlaradək savadlarını artıran yazıq məktəblilər bu hərfin əlindən zara gəlmişdilər. Misalçün, “Hərb və sülh” (1897) əsərində hər səhifədə 54-55 “tvyordıy znak”a rast gəlmək olar. Bu isə 70 səhifə mənasız mətn deməkdir. Əgər bütün kitabları hesablasaq, onda deməli, çar Rusiyasında hər il 8,5 milyona qədər kitab yalnız “tvyordıy znak”lə süslənmiş səhifələrdən ibarət olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm