Ağrısız, bir az yatmaq istəyirəm...
Bizi izləyin

Yazarlar

Ağrısız, bir az yatmaq istəyirəm...

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Vaqif Səmədoğlunun yeni şeri sosial şəbəkələrdə paylaşılıb.

Publika.az sosial şəbəkələrdə müzakirələrə səbəb olan şeiri təqdim edir:

Ağrısız

Bir az yatmaq istəyirəm...

İlahi,

Yatağın nə sağında

Nə solunda,

Nə bir gözəlin qolunda

Yatmaq istəmirəm.

İlahi,

Nə söyüd kölgəsində,

Nə dünyanın ən azad ölkəsində

Yatmaq istəmirəm.

İlahi,

Dar quyu dibində,

Qaranlıq nəm içində,

İşıqlı qəm içində,

Ağrısız

Bir az yatmaq istəyirəm...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm