Nobelçi Patrik Modianonun ilk müsahibəsi
Bizi izləyin

Yazarlar

Nobelçi Patrik Modianonun ilk müsahibəsi

Kult.az bu ilin ədəbiyyat üzrə "Nobel"çisi Patrik Modianonun mükafat alandan sonra ilk müsahibəsini təqdim edir.

Patrik Modiano: Alo.

Helena Hernmak: Salam. Nobel mükafatı almağınız münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirik.

P.M: Çox lütfkarsınız, çox duyğulandım.

H.H: Mənim adım Helendir. Sizə Nobelprize.org saytından zəng edirəm. Bir neçə sual vermək üçün bizə ayırdığınız vaxta görə təşəkkür edirik.

P.M: Aaa, bəli, bəli, bəli.

H.H: Xəbəri alanda harada idiniz?

P.M : Əslində mən xəbəri alanda küçədə idim. Hə, doğrudan, küçədə idim. Qızım mənə xəbər elədi.

H.H : Qızınız mobil telefonunuza zəng elədi?

P.M : Hə, hə, hə, mən çox təsirləndim. Çox məmnun oldum, çünki mənim isveçli nəvəm var.

H.H : Həmin vaxt harda idiniz, Parisin mərkəzində? Məhz hansı küçədə?

P.M : Lap dəqiq Carden de Luksemburq küçəsində.

H.H : Nə gözəl. Nobel mükafatı qazanmağınız sizin üçün nə məna verir, nəyi ifadə edir?

P.M : Ən birinci, gözlənilməzlik. Bu elə bir şey idi ki, mən fikirləşmirdim ki, qalib ola bilərəm. Doğrudan, məni təsirləndirdi, çox duyğusallaşdım.

H.H : Uzun illərin yazıçısısınız. Niyə yazırsınız?

P.M : Mən yazmağa çox erkən – 20 yaşımda başladım. İndi uzun zaman kimi gəlir adama. Bu təbii, həyatımın bir parçası olan bir şeydir.

H.H : 20-30 kitab yazmısınız. Elə biri varmı ki onu böyük məmnuniyyətlə yazmısınız, sizin üçün o, digərlərindən daha çox əhəmiyyət kəsb edir?

P.M : Bilirsiniz, bunu demək çətindi. Məndə həmişə elə təəssürat oyanır ki, eyni kitabı yazıram. Belə çıxır ki mən 45 ildir, davamlı olaraq eyni kitabı yazıram. Adam həqiqətən də gerçək oxucusunu tanımır.

H.H : İndi siz dünya şöhrətli olacaqsınız, hansı kitabınızı hər kəsə oxumağı məsləhət görərdiniz?

P.M : Mənə elə gəlir ki, axırıncı kitabımı.

H.H : O kitabın adı nədir?

P.M : ″Pour que tu ne te perdes pas dans le quartier″ adlanır.

H.H : Pour que tu ne te perdes pas dans le quartier?

P.M : Pour que tu ne te perdes pas dans le quartier. Bu ətraf mühitdə itirilmiş gələcəkdən bəhs edir. Ona görə mən onu məsləhət bilirəm ki, axırıncı kitab həmişə adamı tərki-dünya edir...

H.H : Bu gecəni bütün ailə ilə qeyd etməyə hazırlaşırsınız?

P.M : Bəli, mən ailəmlə bir yerdə olmaq istəyirəm. Mənim isveçli nəvəmlə bir yerdə, hansı ki mənə məmnunluq və sevgi bəxş edib. Bu onun üçündür, mən bu mükafatı ona həsr edirəm. Axı onun ölkəsindəndi.

H.H : Dekabrda İsveçə gələcəksiniz?

P.M : Hə, əlbəttə.

H.H : Bütün ailənizlə?

P.M : Hə, hə (gülür).

H.H : Ailəniz böyükdü?

P.M : Düzü, yox. Mənim iki qızım və bir nəvəm var. Elə də böyük ailəmiz yoxdu.

H.H : Çox sağ olun, bir daha təbrik eləyirəm.

P.M : Siz sağ olun. Ümid edirəm ki, çaşdırıcı heç nə demədim.

H.H : Buyurun, buyurun. Bir daha İsveçdən və Nobelprize.org-dan səmimi təbriklər.

P.M : Çox duyğulandım.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm