• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Lermontovun əsərinin XIX əsrdə edilmiş tərcüməsi tapılıb

  • Yazarlar
  • 16 Oktyabr 2014 21:20
  • 902 Baxış
Lermontovun əsərinin XIX əsrdə edilmiş tərcüməsi tapılıb

Məşhur rus yazıçısı Mixail Yuryeviç Lermontovun 200 illik yubileyi ərəfəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov şairin “Zəmanəmizin qəhrəmanı” romanının XIX əsrdə Bina Əli bəy Qazi Arif Əfəndizadə tərəfindən edilmiş tərcüməsini üzə çıxararaq tədqiqata cəlb edib.

1900-cü ildə tamamlanmış, 523 səhifədən ibarət tərcümə “Bizim vaxtın pəhləvanı hekayələrindən” adlanır. Burada “Maksim Maksimıç”, “Peçorinin dəftərindən”, “Fatalist” hekayələri öz adı ilə gedibsə də, “Bela” hekayəsi “Ziba xanım”, “Knyajna Nuri” hekayəsi “Meri xanım” adı ilə gedib.

Əsər XIX əsr Azərbaycan tərcümə ədəbiyyatının öyrənilməsi baxımından böyük maraq kəsb edir. Romanın tərcüməsindən bir hissə mətbuata təqdim edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR