Keşiş Vahan arvadını niyə bir gecəlik Məmməd ağaya göndərdi?
Bizi izləyin

Yazarlar

Keşiş Vahan arvadını niyə bir gecəlik Məmməd ağaya göndərdi?

Keşiş Vahan arvadını niyə bir gecəlik Məmməd ağaya göndərdi?

Keşiş Vahan arvadını niyə bir gecəlik Məmməd ağaya göndərdi? –Leninə donos

Hər şey, keşiş Vahanın 30 illik ara ilə əvvəl Nikolaya, sonra isə Leninə donos yazmağı ilə başlayır.

Əvvəlki yazıları oxumaq üçün kliklə: Yazı 1, Yazı 2

Məcid ağa ilə bağlı geniş məlumatların əldə olunması və misilsiz qəhrəmanlıq tarixi istər-istəməz bu böyük insanın kökünə, malik olduğu nəslə diqqəti daha da artırmağa başlayır.

Ondan başlayaq ki, özlüyündə böyük tarixə malik olan yaqublular nəsli Yaqub ağadan törəyib, əsli səlcuqlara və nəhayət oğuz türklərinə qədər gedib çıxır. Gürcü çarlarının soyğunçu yürüşlərinə görə Qazax, Ağstafa bölgəsindən əhalinin köçü başlanır. Elə o zaman Yaqub ağanın Gədəbəyə köçməsi ilə yeni bir tarixi səhifə açılır.

Yaqub ağa Şah Talasında mülk qurur. Vəfatından sonra Yaqub ağanın torpağında oğlu Məmməd ağa ağalıq missiyasını daşımağa başlayır. Həmin bu Məmməd ağa Məcid ağanın atasıdır.

Məmməd ağa haqqında da olduqca, maraqlı faktlar mövcuddur. Ömrünün orta yaşına doğru Məmməd ağa gözlənilməz zərbələrə məruz qalır...

Çar hökumətinin yerli qubernatoru XIX əsrin sonlarına doğru dağlarda fəaliyyət göstərən qaçaqlara qarşı silahlı qoşun göndərir. Elə bu vaxtlar idi ki, Dəli Alının və Zal oğlu Kərəmin adları dillərə düşür və demək olar ki, çara qarşı mübarizənin simvoluna çevrilirlər.

“Qaçağı el saxlar” məsəli var. Bax, bu məsəlin bir tərəfi də Məmməd ağanı tutur. Dövlət içində dövlət olan bu yaqublu ağası müxtəlif yollarla qaçaqlara-Dəli Alıya və Qaçaq Kərəmə yardım göstərməyə başlayır. Hətta Qıraq Kəsəmənli Molla Zal oğlunun son döyüşdən tək çıxıb gizlənməsinə kömək etmiş, qapısına gələn pristav atlılarını erkək kababına qonaq edib yola salmışdı.

Keşiş Vahanın şeytanlığı

Mədənlə Şəmkir arasında-Yasamal dağının ətrafında ermənilərin məskunlaşdırıldığı kənd-Çardaqlı (Çənlibel) yerləşir. I Pyotrun vəsiyyəti ilə, xüsusilə də II Nikolayın zamanında bu qədim türk torpaqlarında ermənilərin yerləşdirilməsi başlayır. İki türk rayonunun ortasında olan strateji torpaqları ermənilərə verməklə gələcəkdə burada münaqişə ocağını yaratmaq məqsədi daşıyan çar illər sonra buna nail olacaqdı.

Başdan-ayağa erməni millətçiləri ilə məskunlaşdırılan kənd Gədəbəy-Şəmkir yolunun üstündə böyük qalaya çevirilir.

Kəndin ağsaqqalı keşiş Vahan isə böyük nüfuz sahibi olmaqla yanaşı, məkrli və düşmən münasibəti ilə türklərə tanış idi. Hətta çarla yazışmaları olan Vahan günlərin birində növbəti məktubunu Yaqublu ağası Məmməd ağa ilə bağlı yazır:

“Bəndənizin yazıq qulları olan erməniləri əmrinizə asi olan Məmməd ağa incidir. Çar düşmənlərinə yuva qurur. Bizi bu zülmün əlindən qurtarın”.

Bu o zamanlar baş verir ki, müsəlmanların sakini olduqları kəndlərdən mal-qara, at oğurluğu baş alıb gedirmiş. Bu oğurluqda isə ən çox ermənilər ad çıxarmağa başlayır. Gözü heç nəyi seçməyən və ağalarına arxalanan ermənilər bu dəfə dəli-dolu Məmməd ağaya ilişirlər. Məmməd ağanın ilxısından oğurlanan atların sorağının Çardaxlıdan gəlməsi ağanı radikal addım atmağa məcbur edir. Ağa günün-günorta çağı kəndə basqın edir və Vahanı tövləsində bağlayaraq oğurlatdığı atları da qabağına qatıb geri qayıdır.

Vahan uzun illər ağadan qisas almaq eşqiylə yanır. Və əlinə düşən ilk fürsəti dəyərləndirir. O, hökumətdən gizlənən Qaçaq Kərəmlə, Dəli Alının Şah Talasında, Məmməd ağanın qonaqları olduğunu öyrənən kimi qubernatordan çara qədər məktub yazıb düşməni nişan verir. Nəticədə Məmməd ağa çar düşmənlərini qoruduğu üçün nə az, nə çox 25 illik Sibirə sürgün edilir.

Rüstəm Əliyevin qisas metodu

Məmməd ağanın Sibirə sürgünündən keçən 25 il sonra haqq öz yerini tapmağa başlayır.

Heç kəsin inanmadığı bir qarlı qış günündə Məmməd ağa 25 ildən sonra Yaqublu dərəsinə geri dönür.

Bütün, Çardaxlı, Göyçə ermənilərini qorxu bürüyür.

Çar dövründə sürgünə getmiş Məmməd ağa Sovet dövründə sürgündən dönmüşdü.

Erməni Vahan isə, millətinə xas xüsusiyyəti daşıyaraq bu dəfə də, rus qardaşlarına xəbərçiliyi davam etdirirdi.

Məmməd ağanın dönməsi ilə Vahanın Leninə məktub yazması bir vaxta düşür, yenə eyni məzmun, eyni də mərdimazarlıq.

Fakta görə, Məmməd ağanın günlərin birində Çardaqlıya yaxın olan rus kəndi-Slavyankaya gəlməsini eşidən Vahan ilginc bir addım atır.

Hədiyyələrlə dolmuş xurcun yüklü atın üstündə arvadını bura –Məmməd ağanın yanına göndərir.

Bu qədər ikiüzlü və xain bir simaya malik olan Vahan öz murdar xislətini bir az da yaşatmaq qarantiyası alır.

Amma, Leninə heç bir ehtiyac qalmır. 25 illik sürgünü başa vurmuş Məmməd ağa təsadüf bir gülləyə qurban gedir...

Rüstəm Əliyev haqqında qocalar daha çox məlumatlıdır. Gədəbəydə Sovet hakimiyyətinin qurulmasında fəal iştirak edir. Böyük vəzifə sahibi olan Rüstəm Əliyevin Gədəbəydə qabağına çöp salan tapılmır. Amma bir qədər sonra onun haqqında yazılan donoslar özünə qədər gəlib çatır.

FK rəhbərliyi ilə isti münasibətlər qurmağa nail olan Əliyev xəbər tutur ki, onun haqqında anonim məktub yazan şəxs niyəsə hələ də salamat qalan dini nümayəndə-Keşiş Vahandır. Birbaşa, Çardaxlıya gedən Rüstəm Əliyev Vahanı əl-qolu bağlı, atın qabağına saldırır və həbsə gətirir. Ermənilərin böyük kampaniyası başlanır. Əlləri Leninə, Mikoyana qədər uzanan ermənilər Vahanı hər vəchlə qurtarmağa çalışırlar.

Rüstəm Əliyev Lenindən telefonoqramma alır: “Vahan keşişi azad edin”.

Eyni zamanda Vahan keşiş Rüstəm Əliyevə bir xurcun qızıl təklif edir ki, onu azad etsinlər. Qızılı alan R. Əliyev köməkçisinə tapşırıq verir.

Gecənin birində aravuran, xain Vahan türmənin qapısı önündə güllələnir. Rüstəm Əliyev Leninə cavab teleqramında yazır:

“Yoldaş Lenin, Keşiş Vahan teleqramınız çatmamışdan qabaq həbsdən qaçarkən güllələnib”.

(Davamı var)

Əziz Əlibəyli

1937.AZ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm