Sağ olsaydı, 60 yaşını qeyd edəcəkdi
Bizi izləyin

Yazarlar

Sağ olsaydı, 60 yaşını qeyd edəcəkdi

Bu gün ədəbiyyatşünas, tənqidçi, tərcüməçi Arif Əmrahoğlunun ad günüdür.

A.Əmrahoğlu 1954-cü il oktyabrın 28-də Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olub. Orta məktəbi Ermənistanın Noyemberyan rayonu Ləmbəli kəndində bitirib. ADU-nun filologiya fakültəsində təhsil alan Əmrahoğlu ədəbi fəaliyyətə erkən yaşlarında başlayıb. İlk mətbu hekayəsi "Axali Marneuli" qəzetində dərc edilib. Klassik və müasir Azərbaycan nəsrinin bədii axtarışları, sənətkarlıq məsələləri ilə ardıcıl məşğul olub.

Onun ədəbi-tənqidi, elmi məqalələrində bədii ədəbiyyatın poetik özünəməxsusluğunun, təhkiyə probleminin tədqiqi başlıca yer tutur. "Klassik Azərbaycan nəsrinin poetikası" mövzusunda tədqiqat üzərində işləyib, fəal ictimaiyyətçi olub. M.F.Axundovun "Seçilmiş əsərləri"ni tərtib edib Moskvada rus dilində, A.P.Çexovun üçcildlik "Seçilmiş əsərləri"ni, dünya xalqlarının mif və əfsanələrini Azərbaycan dilində çap etdirib. Bədii tərcümə ilə ardıcıl məşğul olub.

Arif Əmrahoğlu 2014-cü il iyulun 19-da də dünyasını dəyişib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm