Milli məsələmiz - ədəbiyyat
Bizi izləyin

Yazarlar

Milli məsələmiz - ədəbiyyat

Azərbaycan dilinin imkanlarının zəif olduğundan çox danışılır.

Çoxları hesab edir ki, bu dildə şedevr yaratmaq, az qala, mümkün deyil.

Nədənsə, dil məsələsi üzərində çox dartışılır, müzakirələr aparılır.

Ancaq bunların hamısı onu göstərir ki, əslində, mövzu heç də düzgün qoyulmayıb.

Azərbaycan ədəbiyyatının dünyaya çıxa bilməməsinin səbəbi Azərbaycan dili deyil.

Azərbaycan ədəbiyyatlının dünyaya çıxa bilməməsinin səbəbi, zənnimcə, Azərbaycan kənara çıxa bilməməkdir, daha doğrusu, hər zaman azərbaycanlı kimi görünməkdir.

Razıyam, insan gərək milli olsun, elə yazar da.

Ancaq Lev Tolstoyu götürək.

O, bəlkə, milli deyildi?

Tolstoy hələ sizin düşündüyünüzdən də min qat milli təfəkkürlü yazıçı idi.

Ancaq onun milliyi bir xətlə ölçürmürdü.

Onun milliyi bəşəri duyğularla hesablanmışdı.

Əslində, onu dahi edən də məhz bu amildir.

Bizim yazıçıların bəlkə də axsayan tərəfləri milliliyi bir istiqamətdə görməkdir.

Axı, ədəbiyyat sadəcə milliyətlə ölçülmür.

Düzdür, gərək ədəbiyyatımız milli köklər üstündə qurulsun, fundament bu amilə əsaslansın.

Ancaq budaqlanma, inkişaf dünyəvi, bəşəri olmalıdır.

Məsələn, Çingiz Aytmatov rus dilində yazırdı, amma onun milli düşüncə tərzinin qırğız-türk elatından olduğunu təsdiqləyəcək kimlik rolu oynayan əsərləri vardı.

Amma gəlin görək, o əsərlər yalnız öz içinəmi qapalıydı?

Xeyr.

“Cəmilə” povestində mentaliteti yıxıb dağıdan, məhv edən bir qadının obrazı vardı.

O qadın sevgini tapması nətivəsində öz adət-ənənələrini, dədə-babadan qalma milli düşüncə tərzini bir göz qırpımında kənara atdı.

Ancaq o, bununla yanlış bir şey etmirdi.

Çoxları onun səhv addım atdığını söyləyib bunun üçün onu qınasalar da, Cəmilə, əslində, düşdüyü cəmiyyətə qarşı mübarizə apardı və çıxış nöqtəsini onun düşüncə tərzini yıxmaqda gördü.

Onlarla razılaşmadı, onları məğlub etdi.

Onun sevgisi cəmiyyətə olan qələbəsi idi.

Ədəbiyyat budaqlanma mərhələsində haradasa insan faktını əsas götürməlidir. Millilikdə dirənib qalmamalıdır.

Yoxsa bu, sadəcə, sünilik və mənasızlıq yarada bilər.

Halbuki, ən böyük millilik, milli düşüncə tərzi insandır.

Gərək insan duyğusuna, sevgisinə, düşüncəsinə sayğı göstərək və ədəbiyyatda da əsasən bunu işıqlandıraq.

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm