“Yardımlı folklor örnəkləri” işıq üzü görüb
Bizi izləyin

Yazarlar

“Yardımlı folklor örnəkləri” işıq üzü görüb

AMEA Folklor İnstitutunda “Yardımlı folklor örnəkləri” (I kitab) işıq üzü görüb.

İnstitutdan Publika.az-a verilən məlumata görə, kitaba Yardımlı bölgəsindən toplanmış folklor örnəkləri (mifoloji rəvayətlər, əfsanələr, rəvayətlər, inanclar, atalar sözü və deyimlər, laylalar, tapmacalar, mərasim folkloru, toy adətləri, bayatılar, ağılar, ağı-epitafiyalar, nəğmələr, meyxanələr, türkəçarələr, lətifələr, nağıllar, aşıq şeirləri və s.) daxil edilib.

Folklor örnəkləri 1987-ci il və 2013-cü il folklor ekspedisiyaları zamanı toplanıb. Kitabın sonunda Yardımlı folklorunda işlənən dialekt sözləri, qeydlər və şərhlər, söyləyicilər və toplayıcılar haqqında məlumat da yer alıb. Kitab görkəmli folklorşünas alimlər İsrafil Abbaslının və Bəhlul Abdullanın xatirəsinə həsr olunub.

Kitabı tərtib edənlər fil.ü.f.d. Elxan Məmmədli, fil.ü.f.d. Bilal (Alarlı) Hüseynov, redaktoru fil.ü.f.d. Tahir Orucov, rəyçilər xalq şairi Sabir Rüstəmxanlı, fil.ü.f.d. Elçin Abbasovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm