Bir parça Qarabağ - Mir Möhsün Nəvvab
Bizi izləyin

Yazarlar

Bir parça Qarabağ - Mir Möhsün Nəvvab

Bir parça Qarabağ, Mir Möhsün Nəvvab

Bilikli ol, qoy xalq sənin biliyindən faydalansın, xeyir görsün, biliksiz olsan, özgəsinin biliyinə möhtac olarsan.( M.M.Nəvvab)

Vətən sadəcə daşdan torpaqdan ibarət deyil. Vətən onun üzərində yaşayan insanlardan, o insanların duyqu və düşüncələrindən ibarətdir.

Qarabağ bizim torpaqdı, indi işğal altında olsa da, ancaq onun üzərində bir zaman yaşayan insanlar o zaman da, indi də bizimdir. Düşmən o torpaqları öz adına çıxsa da üzərində yaşayanlara heç vaxt sahib çıxa bilməz.

İndi Erməni çıxıb deyə bilərmi ki, Vaqif bizim şairimizdir vəya İbrahim xan bizim xanımız olub. Bəlkə d' deyər, axı onlardan hər şeyi gözləmək olar.

Mir Möhsün Nəvvab da Qarabağın yetişdirdiyi dəyərli insanlardan biridir, bir parça Qarabağdır.

Musiqişunas, rəssam, xəttat, nəqqaş, tarixci, ədəbiyyatşunas və şair kimi tanınan Mir Möhsün Nəvvab 1833-cu ildə Şuşa şəhərində, Hacı Seyid Əhmədin ailəsində anadan olmuş, butun ömrünü orada yaşamışdır.

İlk təhsilini ruhani yanında alır, daha sonra isə mədrəsədə təhsilini davam edir. O ərəb, fars və Türk dillərini mükkəmməl öyrənir eyni zamanda astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnir.

Xatırladım ki, o zamanın mədrəsələri indinin Univerisitetlərindən qat- qat güclü təhsil verirdi. Bir çox alimləri yetişdirən bu elm ocaqlarında dünyəvi və dini təhsil eyni zamanda verilirdi. İnsanların əxlaqı, mənəviyyatı da ən azı onların bilikləri qədər olurdu. Nəticədə Mir Möhsün Nəvvab kimi dahilər yetişirdi.

İndi bir iki şeir yazan, əxlaqsızlığı tərənnüm edən insanlara dahi deyilir nə yazıq ki. Baxın Nəvvab üç dil bilirdi və bununla yanaşı bir çox elmləri indinin alimləri səviyyəsində mənimsəmişdi.

Nəvvabın adı çəkiləndə ağlımıza ilk gələn Azərbaycan dilində yazılmış "Vüzuhül-ərqam" ("Rəqəmlərin izahı") risaləsi və onun böyük bir müsiqişünas olmasıdır. Klassik ən'ənələr ruhunda qələmə alınmış bu risalə Şərqdə bu qəbildən yazılmış son risalələrdən biridir. Nəvvab Azərbaycanda həm də sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardan sayılır.

Nəvvab Şuşa şəhərində yaşayıb- yaradıb. Yaşadığı zaman müddətində Şuşanın ictimai- mədəni həyatında fəal iştirak edib, bir ağsaqqal kimi hörmət- izzət sahibi olmuşdur. O müxtəlif mövzularda iyrimidən artıq kitab yazmışdır. Həmçinin özünün açdığı mətbəədə yüzlərlə kitab nəşr etdirmişdir. Yəni onunla eyni zamanda yaşayan yazarlara da dəsdək olmuşdur.

Nəvvabı bir çox elmdən məlumatı olsa da onun həyatında Ədəbiyyat və Musiqinin xüsusi yeri olmuşdur. Onun qəzəlləri və o qəzəllərin üzərində bəsdələdiyi musiqilər dillər əzbəri olmuşdur. Bu iki sahədə də birincilik edəcək olsaq Ədəbiyyat deyərik. Bəli, Nəvvab Şair və Ədəbiyyatşünas idi hər şeydən öncə.

O iki məclis təşkil etmişdir Şuşa şəhərində. "Məclisi-xanəndə" (Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski) adlı müsiqi məclisi bir o qədər də yaddaşlarda qalmasa da "Məclisi-fəramuşan" adlı ədəbi məclisi indi də yaddaşlarda öz izini qoruyub saxlayır. Bu məclis ədəbiyyatımızın inkişafında böyük işlər görmüşdür. Bu zamankı ədəbiyyat tariximizə baxdıqda belə məclislərin demək olar ki, hər bölgəmizdə olduğunu görürük.

Və Nəvvabın Şuşadakı "Məclisi-üns", Şamaxıdakı "Beytüs-Səfa", Bakıdakı "Məcməüş-şüəra" ilə sıx əlaqələr saxladığını da görürük.

Bu məclislərlə məktublaşmalar olur, yazarların bir- birilərini yaxından tanıması üçün şərait yaradılırdı. Şuşadakı “ Məclisi- üns” məclisi ilə isə əlaqələr daha sıx idi. Tez- tez yazarlar bir- birilərinin məclisinə qonaq gəlir, birlikdə müzakirələr aparılırdı.

Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Eyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid "Məclisi-fəramuşan" –a gələn şairlərdən idi.

Mir Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab" adlı maraqlı bir təzkirəsi də var. Burada XIX əsrdə Qarabağdan çıxmış 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplanmışdır.

Maraqlı və mənalı bir ömür 1918 ci ildə Şuşa şəhərində yeni bir mərhələyə qədəm qoymuşdur. Bədən olaraq bu dünyadan ayrılan Nəvvab elmi və əsərləri ilə isə sonsuza qədər vətənində və vətənin sərhədlərindən çox- çox uzaqlarda yaşayacaqdı.

Tural Sahab

Oxumağa davam et
Reklam
Reklam

Gündəm