Azərbaycanlı yazıçının Braziliyada kitabı çıxdı – FOTO
Bizi izləyin

Yazarlar

Azərbaycanlı yazıçının Braziliyada kitabı çıxdı – FOTO

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə Braziliyada ədibin “Seçilmiş əsərlər” adlı kitabı çap olunub.


Publika.az-ın məlumatına görə, Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi ilə işıq üzü görən kitaba müəllifin portuqal dilinə tərcümə olunmuş “Sən həmişə mənimləsən”, “Dəlilər və ağıllılar”, “Hökmdar və qızı” pyesləri daxil edilib.


Yeni nəşrə Braziliya Mədəniyyət Nazirliyinin Milli İncəsənət Fondunun prezidenti Quti Fraqa və Azərbaycanın bu ölkədəki səfiri Elnur Sultanov “Ön söz” yazıblar.


Qeyd edək ki, yaxın günlərdə Rio de Janeyro şəhərində kitabın təqdimatı keçiriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm