Salam Sarvanın yeni layihəsi üzə çıxdı
Bizi izləyin

Yazarlar

Salam Sarvanın yeni layihəsi üzə çıxdı

Tanınmış şair, Kult.az saytının baş redaktoru Salam Sarvanın 3 kitabdan ibarət (“Filosofların savaşı”–1, “Filosofların savaşı”–2, “Filosofların savaşı”–3) “Filosofların savaşı” adlı əsəri yaxınlarda zaman ardıcıllığı ilə çapdan çıxacaq.

Məlumatı Axar.az-a təsdiq edən Salam Sarvanın bildirdiyinə görə, bu əsər, əslində, dünyanın fəlsəfə tarixidir və həmin tarixi 3 hissədə əhatə edir: Antik dövr (“Filosofların savaşı” – 1), orta əsrlər (“Filosofların savaşı” – 2) və yeni dövr (“Filosofların savaşı” – 3).

İndiyə kimi yazılmış fəlsəfə tarixlərindən bu əsərin fərqi barədə danışan şair bunları dedi: “Əvvəla, bu əsər elmi deyil, yəni burda dünyanın fəlsəfə tarixi yazıçı texnikasıyla yazılıb, özünəməxsus dili var. Həm də adından da göründüyü kimi, statistik dərs vəsaiti deyil, dramaturgiyası olan əsərdir. Əsərdə süjet var, amma personajlar adamlar deyil, ideyalardır, təlimlərdir. Başqa tərəfdən, bu əsərdə dünya fəlsəfəsinin mənzərəsi o qədər aydın və anlaşıqlı təsvir olunur ki, oxumağı bacaran 15 yaşdan yuxarı istənilən adam bu 3 kitab vasitəsilə fəlsəfəni öyrənə biləcək. Yəni əsər kütləvi təyinatlıdır. Bundan da başqa, bu əsərdə fəlsəfi fikir tarixi bizdə indiyə qədər olmamış şəkildə əhatəli təqdim olunur...”

Salam Sarvan birinci kitabın artıq çapa hazır olduğunu, ikinci kitab üzərində son redaktə işini apardığını bildirdi. Şairin dediyinə görə, üçüncü kitab isə gələn ilin payızına qədər yekunlaşacaq.

Müəllif kitabların çap hüququnu maraqlanan nəşriyyatların birinə satmağa da hazır olduğunu bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm