• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kimdir müəllif?..

  • Yazarlar
  • 19 İyun 2012 18:57
  • 229 Baxış
Kimdir müəllif?..

“Bizim tərcümə” ətrafındakı söz –söhbət yalan çıxdı

Publika.Az-ın “Bizim tərcümə” rubrikasında Brodskinin və Şoloxovun Nobel nitqləri dərc olunub. Bu tərcümələr fəlsəfə doktoru Etibar Əliyevin “Ədəbiyyat üzrə Nobel mükafatçıları” kitabındandır. Qeyd edək ki, Publika.Az olaraq müəllifin razılığı ilə həmin yazıları dərc edirik.

Səlim Babullaoğlunun saytların birinə verdiyi açıqlamaya görə, Publika.Az onun tərcümələrinə imza qoymadan saytda yerləşdirib. Məsələ ilə bağlı həmin tərcümələri Publika.Az -a təqdim edən fəlsəfə doktoru Etibar Əliyevdən münasibət öyrəndik.

E.Əliyev bildirdi ki, “Ədəbiyyat üzrə Nobel mükafatçıları” kitabı onun təşəbbüsü ilə işıq üzü görüb: “Həmin vaxt bu işə ödənişli olaraq Səlim Babullaoğlunu, Qorxmaz Əliyevi, Zakir Fəxrini və başqalarını cəlb etdik. Onların tərcümələri müəyyən redaktələrdən keçdi və kitaba əlavə olundu”.

Sözügedən kitabda E.Əliyevin özünün müəllifi olduğu bir neçə tərcümə də yer alıb: “Kitabda təbii ki, tərcümə müəlliflərinin adları qeyd edilib. Bu səbəbdən də o tərcümələri sayta təqdim edəndə müəlliflərin adını ayrı-ayrı qeyd etməyə xüsusi ehtiyac görmədik”.

Qeyd edək ki, Publika.Az “Bizim tərcümə” rubrikasında təqdim edilən əksər tərcümələrin “Ədəbiyyat üzrə Nobel mükafatçıları” kitabından olduğunu qeyd edib. Hesab edirik ki, bu, saytdakı tərcümələrin götürüldüyü kitaba istinad olunmasının təsdiqidir.

Bildiririk ki, sözügedən tərcümənin hörmətli S.Babullaoğluna aid olmadığını iddia etmirik. Sadəcə, adı çəkilən kitabda həmin məqalələrin altında onun və digər tərcüməçilərin imzaları qeyd olunmayıb. Yalnız kitabın girişində onların adı çəkilib. Bu üzdən də biz yalnız kitabın adına və müəllifə - Etibar Əliyevə istinad etmişik.

Günay Muradlı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR