Eyvaz Əlləzoğlunun kitabı çap olunub
Bizi izləyin

Yazarlar

Eyvaz Əlləzoğlunun kitabı çap olunub

Publika.Az-ın məlumatına görə, mərhum yazıçı Eyvaz Əlləzoğlunun yeni kitabı nəşr olunub. "Qaraçöllü Qəzənfər" adlı romanın da daxil olduğu nəşr müəllifin sayca dördüncü kitabıdır.

"Ölü yay", "Yatan dinozavrlar" və "Odunçu geri qayıdır" kitabları yazıçının sağlığında çap olunub.

Kitabın redaktoru yazıçının oğlu, gənc yazar Ayxan Ayvazdır.

"Qaraçöllü Qəzənfər" romanı özünəməxsus dil, üslub və struktur baxımından bu

janrda yazılanlardan kəskin şəkildə fərqlənir. Ləhçəylə yazılmış əsərdə sürücü Qəzənfərin baxışı ilə yaşadığımız cəmiyyətin ailə-məişət, adət-ənənə məsələləri, eləcə də 90-cı illərdən bu günə kimi Azərbaycanda, Gürcüstanda baş verən ictimai-siyasi hadisələr diqqətdə saxlanır.

Kitabı "Əli və Nino"kitab mağazaları şəbəkəsindən, "Akademiya"və Prezident kitab evlərindən, metro servislərdən almaq olar.

Əlavə məlumat üçün aşağıdakı əlaqə nömrəsinə zəng vura bilərsiniz:

050-531-45-16 (Ayxan Ayvaz)

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm