Publika.az ədəbiyyat müsabiqəsinə start verib
Bizi izləyin

Yazarlar

Publika.az ədəbiyyat müsabiqəsinə start verib

Publika.az Ədəbiyyat Müsabiqəsinə start verir. Cavan ədəbi nəslin yaradıcılığını stimullaşdırmaq, istedadlı imzaların tanınmasına şərait yaratmaq, bütövlükdə ədəbiyyata töhfə olacaq əsərlərin meydana çıxmasına və yaradıcı mühitin formalaşmasına xidmət etmək məqsədi güdən müsabiqə mötəbər münsiflər heyətinin iştirakı ilə keçirilir.

Müsabiqənin şərtləri

1. Ədəbiyyat Müsabiqəsi 35 yaşa qədər yazarları əhatə edir;

2. Müəlliflər indiyə qədər heç yerdə dərc olunmamış iki janr üzrə əsər – 1 hekayə (həcmi 10 min simvoldan yuxarı olmamaqla) və 2 şeir təqdim edə bilərlər;

3. Müsabiqənin təşkilat komitəsi bədii səciyyə daşıyan əsərləri qəbul edəcək;

4. Əsər təqdim etmiş müəlliflər özləri haqda qısa bioqrafik məlumat (həqiqi ad-soyad, doğum tarixi, iş və yaşayış yeri, təhsil) və əlaqə vasitələrini (e-mail ünvanı və telefon) yazmalı, foto göndərməlidirlər;

5. Əsər qəbulu konkret tarix çərçivəsində aparılacaq.

Müsabiqəyə əsər təqdimi

Müsabiqəyə əsər təqdimi mayın 8-dən avqustun 8-dək davam edəcək. Əsərlər Publika.az-ın elektron ünvanına ([email protected]) göndərilməlidir. Əsərlər yalnız elektron variantda qəbul olunacaq və Publika.az saytında yerləşdiriləcək.

Mükafatlandırma

Müsabiqəyə təqdim olunub saytda yerləşdirilmiş bütün əsərlər müsabiqəyə qəbul olunmuş sayılır. Onları münsiflər heyəti dərəcələndirəcək.

Münsiflərin qalib hesab etdiyi müəlliflər hər janr üzrə 1 yer olmaqla 3 kateqoriya üzrə mükafatlandırılacaqlar:

1. Birinci yerlər – şeir və hekayə üzrə hər biri 700 manat

2. İkinci yerlər – şeir və hekayə üzrə hər biri 400 manat

3. Üçüncü yerlər – şeir və hekayə üzrə hər biri 150 manat.

Əsər qəbulu üçün elektron ünvanımızı bir daha xatırladırıq: [email protected]

E-mail ünvana əsər göndərərkən “Ədəbiyyat Müsabiqəsinə” sözlərini yazmağı unutmayın.

Telefonlar: : (012) 437 71 65, 437 71 68, 437 71 69

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm