“Ah, bu qəfil görüş kaş olmayaydı” - Məşhur şairin doğum günüdür – VİDEO
Bizi izləyin

Yazarlar

“Ah, bu qəfil görüş kaş olmayaydı” - Məşhur şairin doğum günüdür – VİDEO

“Biz ki, unutmuşduq ilk məhəbbəti,

Ah, bu qəfil görüş kaş olmayaydı!

Mənim gözlərimdə eşqin həsrəti,

Sənin gözlərində yaş olmayaydı!”

Bu gün Azərbaycan poeziyasının incə ruhlu şairi Tofiq Bayramın doğum günüdür. Sağ olsaydı, dostlarını başına yığıb, özünə təmtəraqlı yubiley məclisi düzənləyər, 80 yaşının dadını çıxarardı. Amma nəsib olmadı...

Onunla bizi 21 illik zaman kəsiyi ayırır. Amma bu gün də Tofiq Bayram sevənlərinin ürəyində yaşayır. Hər dəfə onun şeirlərini oxuyanda, həzin misralarına bəstələnmiş musiqiləri eşidəndə Tofiq Bayram yada düşür.

Tofiq Bayram 16 dekabr 1934-cü ildə Bakıda anadan olub. Orta məktəbdən sonra APİ-nin tarix fakültəsində təhsil alıb (1954-1959). Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri kimi başlayıb (1959-1960). Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi (1960-1961), M.F.Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri (1961 - 1964), "Ulduz" jurnalı redaksiyasında (1964-1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri (1968-1978), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978) işləyib.

18 aprel 1991-ci ildə vəfat edib, Bakının Əmircan kəndində dəfn olunub.

... Necə rəhmlidir, necə amansız,

Necə mehribandır, qadın ürəyi!

Sən onu sındırsan, bil ki, a qansız,

Ağlayan kamandır qadın ürəyi!

Sənsiz əl çəkərəm arzudan, kamdan,

Nə çıxar sevgisiz - sənsiz ilhamdan?

İncitsən, dözərəm, Tofiq Bayramdan

İncimə, amandır, Qadın ürəyi!...

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm