• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Çamayra gözəl bir Kuba qızı idi“

  • Yazarlar
  • 17 Mart 2012 17:05
  • 219 Baxış
“Çamayra gözəl bir Kuba qızı idi“

Bu gün “Akademiya Kitab Mərkəzi”ndə publisist Vahid Qazinin “Çamayra – Kuba dəftəri” kitabının təqdimat mərasimi keçirildi.


Publika.Az saytının verdiyiməlumata görə, təqdimat mərasimini İTV-nin “Ortaq məxrəc”proqramının aparıcısı Vüsalə Zeynalova aparıb: “Mənə Vahid Qazi ilə ötən ilin bu zamanları Kubada səfərdə olmaq qismət oldu. Bu kitabı oxuduqdan sonra onun və özümün təəssüratlarımı tutuşdurdum. Anladım ki, mən Kubaya baxmışam, Vahid Qazi isə görüb”.

Bundan sonra kitab haqqında fikirlərini Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Mehriban Vəzir bölüşdü: “Kitabın tərtibatı zərgərlik işi qədər nəfisdir. Kitab məlumatla doludur. Bu baxımdan Vahid Qazinin qələmi və düşüncə tərzi çox maraqlıdır. Bizim içimizdə sovet dövrünə olan nostalji azdır. Amma bu kitabda Vahid bəy qorxularını da cəsarətlə deyib. Təşəkkür edirəm və Kuba xalqına azadlıq arzulayıram”,

Yazıçı Nəriman Qasımovun sözlərinə görə, əsər incə təhkiyyə üslübü, adamın canına yaxın, ruhunu oxşayan əsərdir: “Qarabağ niskili ilə yaşayan bir insan kimi Vahid Qazi bu hadisələri öz ruhundan keçirərərk qələmə alıb. Bu onun vətənpərvərliyindən və istedadından xəbər verir”.

V.Qazi kitabın adının “Çamayra” olmasına belə münasibət bildirib: “ Çamayra həqiqətən real obrazdır. Hətta mənim şahidim də var. Mətbuatda dərc olunan yazılarımı toplayıb bir kitaba yığanda necə ad qoyacağım haqqında düşündüm. Çamayra çox gözəl Kuba qızı idi”.

Akademik Rafiq Əlyev dedi ki, kitabın əlyazma variantını oxuyanda Azərbaycan ədəbiyyatına və publisistikasına yeni nəfəs gəldiyinə əmin oldum: “Vahid bəyin özünün yazı manerası var. Mən Kubanı azdan-çoxdan tanıyıram, amma bu kitabın içində mənə də maraqlı olacaq məlumatlar var. Bu kitab demokratiyaya yaxşı bir yol kitabıdır. Bu kitabda bir çağırış var, amma müəllif öz fəlsəfi dilində, bir az da qəlizliklə öz sözünü deyib, ismarıcını göndərib”.

Yazıçı –dramaturq Əli Əmirli hələ kitabı oxumadığını bildirdi: “Amma mən müəllifin “Ruhlar şəhəri” əsərini oxumuşam. Bu kitab da oçerklərdən ibarətdir. Hərçənd ki, hazırda jurnalistikada bu janr çox az istifadə olunur. Bu kitabla Vahid bəy bütün yazarlara nə cür yazmaq lazım olduğunu anlatdı. Müəllifə uğurlar arzulayıram”.

Qeyd edək ki, kitab 500 tirajla çap olunub və 102 səhifədən ibarətdir. Qiyməti isə 4 AZN-dir

Sonda müəllif kitabını hər oxucu üçün imzaladı.

Nailə RÖVŞƏNQIZI
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR