Şəklini mənə göndər-I
Bizi izləyin

Yazarlar

Şəklini mənə göndər-I

Dünyanın bu yeni dövründə ayrı-ayrı adamların virtual tanışlıqdan başlayan dostluğu sosial şəbəkələrdə geniş yayılıb. İnternet istifadəçiləri virtual məkanda bir-birilə fikir bölüşmək imkanı qazanmaqda davam edirlər. Xeyli vaxtdı planetin ən məşhur elektron şəbəkələrindən sayılan Facebook-da status və rəylərimlə çıxış edirəm. Dostluğumda 4 minə yaxın istifadəçi var. Bu məkanda hər bir istifadəçiyə həm də gizli məktublaşma imkanı verilib. Qapalı məktublaşma zamanı səmimi, saxta, düşüncəsini bəyəndiyim və bəyənmədiyim adamlarla uzun müddətdir ki, təmasdayam.

Prosesdə mübahisə etdiyim, söyüşdüyüm, sevişdiyim, real həyatda görüşüb dostlaşdığım insanlar çoxdu. Bu gizli aləm insanlara tam səmimi olmağa, öz düşüncəsini, dərdini, ehtirasını qarşıdakı ilə bölüşməyə imkan yaradır. Oxuyacağınız roman 20 yaşlı bir xanımın 52 yaşlı bir yazarla gizlin söhbətləşməsidi. İctimai marağa səbəb olacağını nəzərə alaraq üzünü görmədiyim Dəniz xanımın icazəsi ilə mətni roman janrında işığa çıxarmağı qərara aldım.

1-ci hissə



Oktyabr 23, 2011
Deniz
salam, Murad bəy,
necəsiz?

Oktyabr 24, 2011
Murad Kohneqala
salam, ey gözəllərin sultanı...)))

Oktyabr 24, 2011
Deniz
yaxşı yazar oldugunuzu bilirdim,
ama vəsf edən bir şair oldugunuzu bilmirdim )))

Oktyabr 24, 2011
Murad Kohneqala
gözəlləri vəsf eləməyi çox sevirəm... )))
bu şərtlə ki, doğurdan gözəl olsun...

Oktyabr 24, 2011
Deniz
əlbəttə, şairlər yalniz
zahirən qiymətləndirməyə meylli olurlar…

Oktyabr 24, 2011
Murad Kohneqala
Dəniz adlı xanım mütləq gözəl olmalıdı... )))

Oktyabr 24, 2011
Deniz
bəli,
ancaq unutmaq lazım deyil ki,
şairlər həm də xəyalpərəst olurlar… ))

Oktyabr 25, 2011
Murad Kohneqala
heç vaxt xəyalımda qurduğumla
real həyat üst-üstə düşməyib...

Oktyabr 25, 2011
Deniz
bilirsiz, mən artiq sizin həqiqətən Köhnəqala oldugunuza şubhə edirəm.

Oktyabr 25, 2011
Murad Kohneqala
)))) görürsüz, xəyalınızdakı Köhnəqala ilə əsl Köhnəqala da eyni deyil... )))

Oktyabr 25, 2011
Deniz
şarin oxucusu da özü kimi xəyalpərəst olmadısa daha nə oldu? ))

Oktyabr 25, 2011
Murad Kohneqala
xəyalpərəst, yəni romantikmi deyirsiniz?
ümumiyyətlə, mən romantik adamları çox sevirəm...

Oktyabr 25, 2011
Deniz
ama, deməzdim ki, xəyalpərəst olmaq
sevindirici haldi,
hətta mən əksini düşünürəm…

Oktyabr 25, 2011
Murad Kohneqala
təsəvvür eləyin, siz hamı kimi
bir insansınız,
üstəlik də romantiksiniz,
demək, başqalarından bir romantika varlısınız...

Oktyabr 25, 2011
Deniz
bu varlılıq bəzən insani elə yoxsullaşdırır ki...

Oktyabr 25, 2011
Murad Kohneqala
maddi cəhətdən əksəriyyəti yoxsul olur, bəli...
bir dəfə statuslarımın birində belə yazmışdım:
kasıblığın daşını atmaq istəyirsənsə,
əvvəlcə romantikanın daşını at… )))

Oktyabr 25, 2011
Deniz
daha betəri mənəvi yoxsulluq deyilmi?
hə, görmüşdüm o statusunuzu… )))

Noyabr 6, 2011
Murad Kohneqala
onu blok elədim, ilk rəyindən xoşuma gəlməmişdi, gəldim gördüm daha da axmaqlayıb. Şəklinə baxdım, gördüm, əlində də yekə bir hakimiyyət qəzeti tutub )))

Noyabr 6, 2011
Deniz
kimi deyirsiz, anlamadım…

Noyabr 6, 2011
Murad Kohneqala
T. adlı istifadəçini, mənim statusumda sizinlə yazışırdı. üzümü də görməyən bir sarsaq mənə "Murad, sən" deyə müraciət eləyir. belə adamlar məni çox əsəbləşdirir. adam "sən"ə müəyyən münasibətdən sonra keçər. həmişə özümdən kiçik dostlardan mənə "sən" deyə müraciət etmələrini xahiş eləmişəm, ancaq adam tanımadığına belə mərifətsizlik göstərməz. sizin də onunla bağlı komentinizi sildim ki, havadan asılı qalmasın...

Noyabr 6, 2011
Deniz
buna gorə sizə ancaq minnətdar ola bilərəm. bəli, haqlısız və düşünürəm, düz elədiniz.


Noyabr 6, 2011
Murad Kohneqala
mən dostluq göndərən istənilən adamı qəbul eləyirəm, çünki əvvəlcə kim kimdi, tanınmır. lakin sonradan təfəkkürü xoşuma gəlməyənləri başımdan rədd eləyirəm...

Noyabr 6, 2011
Deniz
bəli, dogru məntiqdi.

Ardı var...

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm