• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Şəklini mənə göndər-II

  • Yazarlar
  • 10 Mart 2012 10:56
  • 286 Baxış
Şəklini mənə göndər-II

Dünyanın bu yeni dövründə ayrı-ayrı adamların virtual tanışlıqdan başlayan dostluğu sosial şəbəkələrdə geniş yayılıb. İnternet istifadəçiləri virtual məkanda bir-birilə fikir bölüşmək imkanı qazanmaqda davam edirlər. Xeyli vaxtdı planetin ən məşhur elektron şəbəkələrindən sayılan Facebook-da status və rəylərimlə çıxış edirəm. Dostluğumda 4 minə yaxın istifadəçi var. Bu məkanda hər bir istifadəçiyə həm də gizli məktublaşma imkanı verilib. Qapalı məktublaşma zamanı səmimi, saxta, düşüncəsini bəyəndiyim və bəyənmədiyim adamlarla uzun müddətdir ki, təmasdayam.

Prosesdə mübahisə etdiyim, söyüşdüyüm, sevişdiyim, real həyatda görüşüb dostlaşdığım insanlar çoxdu. Bu gizli aləm insanlara tam səmimi olmağa, öz düşüncəsini, dərdini, ehtirasını qarşıdakı ilə bölüşməyə imkan yaradır. Oxuyacağınız roman 20 yaşlı bir xanımın 52 yaşlı bir yazarla gizlin söhbətləşməsidi. İctimai marağa səbəb olacağını nəzərə alaraq üzünü görmədiyim Dəniz xanımın icazəsi ilə mətni roman janrında işığa çıxarmağı qərara aldım.

II-ci hissə




Yanvar 24
Deniz
salam, necəsiz? sizi yenidən burda görmək mənim üçün sevindiricidi.

Yanvar 25
Murad Kohneqala
salamlar!
məktubunuzdan məmnun oldum, doğrudan...

Yanvar 25
Deniz
məmnunlugunuz mənə ikiqat sevinc bəxş etdi…

Yanvar 25
Murad Kohneqala
sənin də gözlərin profil şəklindəki kimi mavidi?

Yanvar 25
Deniz
bəli, eynilə profil şəklimdəki kimi. ümud edirəm bunu soruşmagınızın nədəni mavi gözlərdən xoşlanmagınızdı ))

Yanvar 25
Murad Kohneqala
hə, mavi gözləri çox sevirəm,
ümumiyyətlə, mən
qara qızlarda mavi gözləri,
ağ qızlarda qara gözləri sevirəm..
zərif, nazik xanımdan ötəri ölürəm,
özüm də kök deyiləm,
yəqin ona görədi... )))

Yanvar 25
Deniz
tez-tez "yaş ötdükcə zövq cavanlaşır"
kimi sözlər eşitsəm də, düzü,
buna şübhə ilə yanaşırdım,
ama bu gün bütün şübhələrimə son verdim…))

Yanvar 25
Murad Kohneqala
özgələrini bilmirəm,
mən fiziki sağlam adamam,
ruhən də hardasa 27 yaşım var,
ağıllanmağa da söz vermirəm... )))

Yanvar 25
Deniz
deyəsən, yazdığım xətrivizə dəydi…

Yanvar 25
Murad Kohneqala
yooox, nə üçün?
əksinə, özümü tərifləməyə
qarşımda geniş üfüqlər açdın )))

Yanvar 25
Deniz
elə nəsnələr var ki, izah etməyə,
şərh verməyə ehtiyac olmur, məncə…

Yanvar 25
Murad Kohneqala
gəl, sənə bir sual verim,
tutaq ki, toruna qızıl balıq düşüb,
balıq sənə deyir,
muraddan üç şey istə yerinə yetirim,
məndən nə istəyərdin?
ama, düzünü de...

Yanvar 25
Deniz
qeyri-müəyyənlikdən müəyyən olanı istəməyin özü də qeyri-müəyyənlik olardı. qeyri-müəyyənlik ona görə dedim ki, mən sizi kəşf etməmişəm. hələ ki, buna çətinlik çəkirəm. o ki, qaldı qızıl balıga, sizi özüm üçün tam izah etməyincə mən sizdən hec nə istəyə bilmərəm…

Yanvar 25
Murad Kohneqala
mən artıq səni sevməyə başlayıram,
özün bil,
sonra gəlib arxamca çata bilməyəcəksən,
yaxşısı budu,
sən də məni sevməyə başla... )))

Yanvar 25
Deniz
onsuz da mən həmişə
mənim olmayanları sevməyi sevmişəm,
mənim olanlardansa xoşum gəlməyib…

Yanvar 25
Murad Kohneqala
sənin doğurdanmı 20 yaşın var?
və belədisə,
kiminləsə öpüşmüsənmi?

Yanvar 25
Deniz
bəli, 20 yaşım var. siz bu cür mövzulu suallari cox sevirsiz, deyəsən…

Yanvar 25
Murad Kohneqala
hə,
mənimki yalnız insanları sevməkdi,
gözəl qadın görəndə çox sevinirəm
və ona aşiq oluram,
özümdən asılı deyil...
bir də bəzəkli pişikləri çox sevirəm...
Səninlə məmuniyyətlə öpüşərdim,
indiyə qədər öpüşməmisənsə, öyrədərdim...

Yanvar 25
Deniz
Məni görməmisiz, mənə bələd deyilsiz, haqqımda hec nə bilmirsiz. bu həvəsinizin sirrini çözə bilmədim, mümkünsə izah edərdiz?

Yanvar 25
Murad Kohneqala
sənin məntiqin gözəldi,
demək, sən mütləq gözəlsən…
burnun əyri olsa, mənə elə gələcək ki,
gözəl burun elə belə olurmuş,
ağzın yekə olsa mənə elə gələcək ki, yəqin Leylinin də ağzı beləymiş…
indi razısanmı?

Yanvar 25
Murad Kohneqala
nə çox fikirləşdin?
Səndə ağıl da var? ))))))))))))))))

Yanvar 25
Deniz
Ama, bəzən biz reallığın aynasında xəyallarımızın tərsini görəndə o həqiqəti qəbul etmək istəmirik. Söylədiklərimin özü də həqiqət olduguna görə sizin yazdığınız cavabın məntiqilə razılaşa bilmədim…

Yanvar 25
Murad Kohneqala
mənimlə çox məktublaşma,
axırda qopa bilməyəcəksən,
yazıqsan )))))))

Yanvar 25
Deniz
Mən həmişə fikirləşirəm, narahat olmayın, hər şeyə və hər kəsə baglanacaq qədər iradəsiz də deyiləm..

Yanvar 25
Murad Kohneqala
mən səndən ötəri hər kəs deyiləm,
mən Azərbaycanda ən axmaq adamam )))))))))))

Yanvar 25
Deniz
Düşünürəm, bu cür dialoqun sonlugu yaxşı olmayacaq. ziyanın yarısından da qayıtmaq yaxşı olduguna görə müsaidənizlə mən cıxım...))

Yanvar 25
Murad Kohneqala
söz verirəm ki, çıxa bilməyəcəksən ))))))))

Yanvar 25
Deniz
hardan bildiz?..))

Yanvar 25
Murad Kohneqala
simptomlarını hiss eləyirəm )))

Yanvar 25
Deniz
hissetmə qabiliyyətiniz sizi uzaqlara sürükləyə bilər, qorxmursuz? )))

Yanvar 25
Murad Kohneqala
səndən qorxmuram, çünki,
birincisi, ağıllısan,
ikincisi, ciddisən,
üçüncüsü, məndən zəifsən )))))))

Yanvar 25
Deniz
zəiflik deyərkən nələri nəzərdə tutursuz?

Yanvar 25
Murad Kohneqala
məsələn, səndə müstəntiqçilik var,
ama, məndə yoxdu )))))))))

Yanvar 25
Deniz
aydındı, artıq şərhə ehtiyac yoxdu. Onsuz da cıxıram. ))) gecəniz xeyrə, Murad bəy! cox istərdim sizinlə gələn dəfəki söhbətimiz daha fərqli müstəvidə olsun. təbii ki, əgər bu sizə də xoş olacaqsa…

Yanvar 25
Murad Kohneqala
səni sevmək və öpmək mövzüsundan sapası olsaq
ayrı mövzuda yazışmayacam...
ancaq müstəvini dəyişmək olar...

Yanvar 25
Deniz
sizi anlamaq cətin )) nə isə...

Yanvar 25
Murad Kohneqala
dayan, bircə dəqiqə!
getmə! )))

Yanvar 25
Deniz
buyurun!

Yanvar 25
Murad Kohneqala
məni öp, sonra get!

Yanvar 25
Deniz
bu, istehzadı?

Yanvar 25
Murad Kohneqala
yox, könlüm istədi...

Yanvar 25
Deniz
sizə elə gəlmirmi ki, könlünüz cox şey istəyir? )) görünür, ona cox sərbəstlik vermisiz )))

Yanvar 25
Murad Kohneqala
səndə çətin yəhərlənən at xarakteri var...

Yanvar 25
Deniz
hə, deyəsən, bu da kompliment idi… ))

Yanvar 25
Murad Kohneqala
sən məni heç virtual öpmək istəmirsən,
hələ bir, könlündən kompliment də keçir?.. )))

Yanvar 25
Deniz
allah eləməsin! sizinkindən fərqli olaraq mənim könlüm hər könlündən kecəni istəmir. )))

Yanvar 25
Murad Kohneqala
mən səni öpmək istəyirəm,
bəs, sən nə deyirsən?
xahiş eləyirəm konkret cavab ver!

Yanvar 25
Deniz
insan cox şey istəyər, ancaq
istəklərinin hamısını əldə edə bilməz…

Yanvar 25
Murad Kohneqala
görürsən,
həyatın nə amansız sualları var? )))))

Yanvar 25
Deniz
suallar amansız deyil,
insanlar cəsarətsizdi.
onları cavablandırmaq üçün
cəsarətləri yetməz.
ama, bu, mənə aid deyil.
cavab istəyirsiz?
mənim sizi öpmək kimi fikirlər
aglımın kandarından belə, keçmir.
sizinlə söhbətdən zövq almaq üçün
məktublaşıram.
çünki bu zövqü yazılarınızdan almışam və düşündüm ki, burda daha çox
zənginlik taparam.
yaxşı yazarları və onların yazılarını
cox sevirəm. gecəniz xeyrə!..

Yanvar 25
Murad Kohneqala
demək, mənim özümdən zövq almırsan…

Yanvar 25
Deniz
zövq aldıgım sözləri
ifadə etdiyinizə görə artıq cavab məlumdu…

Yanvar 25
Murad Kohneqala
demək, səni öpməyə razısan... )))

Yanvar 25
Deniz
mən elə şey demədim axı,
hər şeyi sizə sərf elədiyi kimi yozmayın )))

Yanvar 25
Murad Kohneqala
yazırsan ki, sənin zövq aldığın
sözləri ifadə etmişəm,
mən də səni öpməkdən yazmışam,
demək, mənim o sözümdən zövq almısan...

Yanvar 25
Deniz
bəlkə də o sizə elə gəlib, uzun illər ))
hələ də özünüzü aldadırsız ))
bəlkə yekun olaraq sual yox,
sagol deyəsiz, mən cıxam? )))

Yanvar 25
Murad Kohneqala
Oldu!
yuxun şirin olsun,
çalışacam yuxuna girim,
əlimdə bir stəkan su olacaq…

Yanvar 25
Deniz
su niyə?

Yanvar 26
Murad Kohneqala
ağlıma su gəldi, elə su dedim,
yəni, yuxuda məni bu vəziyyətdə görsən,
bil ki, yuxuna özüm girmişəm,
təsadüfi yuxu deyil...

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR