• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Şəklini mənə göndər -IV

  • Yazarlar
  • 16 Mart 2012 16:44
  • 229 Baxış
Şəklini mənə göndər -IV

Dünyanın bu yeni dövründə ayrı-ayrı adamların virtual tanışlıqdan başlayan dostluğu sosial şəbəkələrdə geniş yayılıb. İnternet istifadəçiləri virtual məkanda bir-birilə fikir bölüşmək imkanı qazanmaqda davam edirlər. Xeyli vaxtdı planetin ən məşhur elektron şəbəkələrindən sayılan Facebook-da status və rəylərimlə çıxış edirəm. Dostluğumda 4 minə yaxın istifadəçi var. Bu məkanda hər bir istifadəçiyə həm də gizli məktublaşma imkanı verilib. Qapalı məktublaşma zamanı səmimi, saxta, düşüncəsini bəyəndiyim və bəyənmədiyim adamlarla uzun müddətdir ki, təmasdayam.

Prosesdə mübahisə etdiyim, söyüşdüyüm, sevişdiyim, real həyatda görüşüb dostlaşdığım insanlar çoxdu. Bu gizli aləm insanlara tam səmimi olmağa, öz düşüncəsini, dərdini, ehtirasını qarşıdakı ilə bölüşməyə imkan yaradır. Oxuyacağınız roman 20 yaşlı bir xanımın 52 yaşlı bir yazarla gizlin söhbətləşməsidi. İctimai marağa səbəb olacağını nəzərə alaraq üzünü görmədiyim Dəniz xanımın icazəsi ilə mətni roman janrında işığa çıxarmağı qərara aldım.


IV hissə

Yanvar 27
Deniz
əminəm ki, bunu istəmirsiz və etməyəcəksiniz )) öpmürəm)))

Yanvar 27
Murad Kohneqala
bayaqdan internet açılmır görüm nə yazmısan
yaxşı, birinci dəfə çox zorlamaq istəmirəm... )))

Yanvar 27
Deniz
statusda yazmısız, əl cəkənə oxşamıram,
hə? ))

Yanvar 27
Murad Kohneqala
əlbəttə,
səhər durandan məni izləyirsən,
yazan kimi reaksiya verdin :-)))

Yanvar 27
Deniz
bu bir təsadüf idi.
ama deməyin ki, zərurətdən yarandı…

Yanvar 27
Murad Kohneqala
bilirsənmi,
artıq sənin bütün cümlələrin,
sözlərin, durğu işarələrin məni
ehtirasa gətirir,
sanki səsini eşidirəm.
bütün hərflərini,
nöqtəni, vergülü, nidanı, sualı da
etiras işarələri kimi başa düşürəm...
hansını necə görürəm onu da deyə bilərəm...

Yanvar 27
Deniz
Buyurun, deyin, mən də bilim ))

Yanvar 27
Murad Kohneqala
məsələn, yazının əvvəlindəki
"B" hərfi bir düz xəttdən və
bir əyri xəttdən ibarətdi.
düz xətt mənəm, durmuşam,
əyri xətt isə sənsən, mənə yapışmısan,
əyrinin yuxarısı ilə məni öpürsən,
ortadakı qollarındı,
qucaqlayırsan,
aşağıdakı da ayaqlarındı,
ayağını ayağımın ucuna toxundurursan...

bu hələ bircə hərfindi...

Yanvar 27
Deniz
cox təsiredici oldu ))
bes "Y" herfi? bunun fəlsəfi, eyni zamanda romantik izahi necə olardi?)))

Yanvar 27
Murad Kohneqala
"Y" hərfini görəndə səninlə
şampan şərabı içəcəyimiz
uzunboğaz sürahi yadıma düşür...
ayrı sualın yoxdu?
başqa hansı hərf
düşündürür səni?
bəlkə durğu işarələrindən biri?..

Yanvar 27
Deniz
vergül maraqlıdı mənimçün))))
bu arada gec yazdığıma görə
üzr istəyirəm.

Yanvar 27
Murad Kohneqala
vergül nidanın dişi variantıdı...
göründüyü kimi adında da
"ver" hissəciyi var...
qadının cinsiyyət orqanıdı,
könlünüzü almaq üçün
"gül" sözünü də ora əlavə eləmişik...))))
yəni sən məktubunda vergül qoyduqca
mən səni lüt görürəm...

Yanvar 27
Deniz
))) onda, bəs, nida nedir soruşmayacam. )))

Yanvar 27
Murad Kohneqala
nidanı demişəm,
o məni həyəcanlandırmır,
çünki özümdə var,
qoy o səni həyacanlandırsın! )))))
məsələn,
nöqtə haqda soruşa bilərsən...

Yanvar 27
Deniz
mən hər şeyə
həyəcanlanacaq dərəcədə zəif
deyiləm, sizden ferqi olaraq )))
yaxşı, elə ki, ürəyinizdən
keçir nöqtəni də deyin )))

Yanvar 27
Murad Kohneqala
demək, sənin həyəcanının səbəbi
fərqli olmalıdı,
anlayıram...
nöqtə vergülün əmisi qızıdı,
özü də qonşu yaşayırlar...
vergül ərə gedir,
ama nöqtə heç vaxt ərə getmir,
həmişə qonşuluqda əmisi qızının
həyacanını yaşayır...
ərə getməməyinə baxmayaraq,
əslində, nöqtə vergüldən
daha gözəldi... )))

Yanvar 27
Deniz
Görünür, mən doğma dilimə yaxşı
bələd deyiləmmiş ))
əslində, sizin bu mövzuda yazdıgınız
hec bir cümlə, hətta nidanız da)))
məni həyacanlandırmır,
siz buna çox çalışsanız da )))

Yanvar 27
Murad Kohneqala
əslində, söhbətimizin uzanması üçün
həyəcanlanmağını boynuna alsan
daha yaxşı olar...
əminəm ki,
nidanı əlində tutsan
həyəcansız ötüşməzsən...

Yanvar 27
Deniz
söhbətimizin uzanması
hansımız üçün maraqlıdı, görəsən?..

Yanvar 27
Murad Kohneqala
məncə,
sən daha çox istəyirsən,
nə qədər qaçsan da axırda
geri qayıdacaqsan...

Yanvar 27
Deniz
sizə bu qədər əminlik verən
nədir bilmirəm.
doğrudu, söhbətiniz mənə zövq verir,
mən sizin kimi insanla söhbətimdən
sanki içimdəki aclığı doydururam,
zənginləşirəm.
ama dediyiniz qədər də bir mövqedə dayanmamışam.
eyni zamanda hesab edirəm,
mənim söhbətim bir faiz də olsa,
sizə maraqlı olmasaydı, yəqin mənimlə danışmazdız…

Yanvar 27
Murad Kohneqala
mənimlə söhbətini belə
qiymətləndirdiyin üçün
sənə minnətdaram...
sözsüz ki, sən də mənim marağımı çəkirsən...
sevmək söhbətinə gəldikdə,
söz verirəm ki, bir də o sözü sənə deməyəcəm,
lakin əmin deyiləm ki,
hər dəfə o sözü sənə demədikcə
məni rahat buraxasan...
hər dəfə bir metodla o sözü
məndən tələb eləyəcəksən,
hər dəfə sən istədikcə,
bunu həmən özünə xatırladacam...
qurtardı!
bir də öz təşəbbüsümlə sənə
sevgili sözlər xərcləməyəcəm...

Yanvar 27
Deniz
necə istəyirsiz...
onu da deyim ki, ən başından
mən sizdən o cür sözlər deməyinizi istəməmişdim…
bunu siz istədiniz..

Yanvar 27
Murad Kohneqala
demək, sən məni
o fikirdən heç bir dəqiqə də olsun
ayrılmağa qoymaq istəmirsən )))
mən o sözü işlətməməyə söz verən kimi
dərhal narahat oldun və
o sözü xatırlatdın...
həm də bütün günahları
mənə yükləmək şərtilə...
mən belə günahlara
batmağa həmişə hazıram...
səninlə isə...

Yanvar 27
Deniz
mənimlə isə..?
hə, təkrar mən günahkar oldum...

Yanvar 27
Murad Kohneqala
sən məni niyə bu fikirlərdən aralanmağa qoymursan?
qəlbimin qapısının açar deşiyindən baxıb
orda sənə olan münasibətimi
səbirsizliklə öyrənmək istəyirsən...
səncə, mənim sənə hansı münasibətim var?..
buna cavab verə bilərsənmi?

Yanvar 27
Deniz
Mənə münasibətiniz elədi ki,
onu nəyinki mən,
heç özünüz də çözə bilməzsiniz..

Yanvar 27
Murad Kohneqala
ha-ha-ha!!!
məni cəza evindəki kimi
dırnaqlarımı çəkib,
başımı məngənədə sıxıb,
yaş bədənimi toka verib
işgəncələr bahasına
söylətmək istəyirsən... )))
ancaq indən belə məndən bir dənə
söz də qopara bilməyəcəksən...

Yanvar 27
Deniz
əlbəttə, məhbusların susmaq haqqı var)))

Yanvar 27
Murad Kohneqala
əlbəttə,
bəs işgəncə nədən ötəridi?
həmin haqqı boğmaq üçün!
yazdığından həm də o çıxır ki,
guya mən sənin sevginin əsiriyəm...

Yanvar 27
Deniz
yox, elə deyil,
mən elə demək istəmədim, onsuz da
siz görmək istədiyinizi görmüsünüz )))

Yanvar 27
Murad Kohneqala
ax, sən hələ mənim keçmişimə də
əl atmaq istəyirsən...
mən keçmiş deyiləm,
həmişə gələcəyəm...
görmək istədiyimin hamısını
hələ görməmişəm...

Yanvar 27
Deniz
çox güman ki, bundan sonra da görə bilməyəcəksiniz... )))

Yanvar 27
Murad Kohneqala
məni xəlvətcə
səninlə görüş üçün yalvarmağa
təhrik etmək istəyirsən,
çox zərif provakasiyan var,
heç mən bunu istəməyəcəm də... )))

Yanvar 27
Deniz
mən yoruldum artiq...
belkə, hər şeyi mənim üstümə
atmaqdansa, hər şeyi öz dilinizlə
üzümə deyəsiz ))))

Yanvar 27
Murad Kohneqala
nəyi deməliyəm?

Yanvar 27
Deniz
mən bilmirəm )))
mənim üstümə atmayın )))

Yanvar 27
Murad Kohneqala
başa düşmədim, sənə nəsə deməliyəm?
hansı mövzuda?
nə haqda?

Yanvar 27
Murad Kohneqala
ahhhh!
sən getdin,
mən doğurdan darıxdım...
qayıt gəl,
hansını istəsən deyəcəm!
istəyirsən sevirəm deyim,
istəyirsən ölürəm deyim,
istəyirsən öpürəm deyim,
özün seç içindən... )))

Yanvar 27
Murad Kohneqala
başa düşdüm,
yəqin vampirliyin tutub,
keçib gedəcək,
heç narahat olma,
biraz qanımı sorub sakitləşəcəksən... )))

Yanvar 27
Deniz
sizin bütün qanınızı sorublar artıq,
mənə qalmayıb…
mən sizinlə bağlı özlüyümdə
bir roman yaratmamışam.
bilirəm ki, siz mənim üçün
sevdiyim yazar,
mən də sizin üçün 20 yaşlı
gənc oxucu olmaqdan ötə
heç nə ifadə etmirik…

Yanvar 27
Murad Kohneqala
hə, əlbəttə,
yadıma salıb zorla tələb eləməsən,
mən bir də səninlə intim şeylərə
hətta işarə eləməyəcəm,
doğurdan ayıbdı,
sənin 20, mənim 52 yaşım var,
biabırçılıqdı...
tamam ayrı şeylərdən danışaq,

dovğa bişirə bilirsənmi?
podruşkanın priçoskası xoşuna gəlirmi?
kartofun qiyməti qalxacaqmı, görəsən?
İctimai Palatada mitinq qərarı verilib,
yaxın günlərdə
kütləvi etirazlara başlamaq istəyirlər...

Yanvar 27
Deniz
axı mən sizi nəyə məcbur edirəm?
indi də istehza etməyə başlamısız?
mənimlə niyə bu cür rəftar edirsiniz?

Yanvar 27
Murad Kohneqala
darıxdın, bu mövzulardan?
yaxşı, bəs nədən danışaq?
hə, tapdım,
havalardan!
bu gün qar yağıb hər yerə,
arana, dağa,
bağçaya, bağa,
ayrana, yağa...

(ardı var)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR