Şəklini mənə göndər -V
Bizi izləyin

Yazarlar

Şəklini mənə göndər -V

Dünyanın bu yeni dövründə ayrı-ayrı adamların virtual tanışlıqdan başlayan dostluğu sosial şəbəkələrdə geniş yayılıb. İnternet istifadəçiləri virtual məkanda bir-birilə fikir bölüşmək imkanı qazanmaqda davam edirlər. Xeyli vaxtdı planetin ən məşhur elektron şəbəkələrindən sayılan Facebook-da status və rəylərimlə çıxış edirəm. Dostluğumda 4 minə yaxın istifadəçi var. Bu məkanda hər bir istifadəçiyə həm də gizli məktublaşma imkanı verilib. Qapalı məktublaşma zamanı səmimi, saxta, düşüncəsini bəyəndiyim və bəyənmədiyim adamlarla uzun müddətdir ki, təmasdayam.

Prosesdə mübahisə etdiyim, söyüşdüyüm, sevişdiyim, real həyatda görüşüb dostlaşdığım insanlar çoxdu. Bu gizli aləm insanlara tam səmimi olmağa, öz düşüncəsini, dərdini, ehtirasını qarşıdakı ilə bölüşməyə imkan yaradır. Oxuyacağınız roman 20 yaşlı bir xanımın 52 yaşlı bir yazarla gizlin söhbətləşməsidi. İctimai marağa səbəb olacağını nəzərə alaraq üzünü görmədiyim Dəniz xanımın icazəsi ilə mətni roman janrında işığa çıxarmağı qərara aldım.

V hissə

Yanvar 28
Deniz
danışmağa bu qədər çətinlik çəkiriksə,
bəlkə heç danışmayaq?..


Yanvar 28
Murad Kohneqala
susmaq bundan yaxşıdı,
susanda heç olmasa,
düşünürsən, xəyalınla da olsa
axmaq çərçivələri aşırsan...

sənin kuralların çərçivəsində
danışmaq mənə çox çətindi...


Yanvar 28
Deniz
daha susaq?..


Yanvar 28
Murad Kohneqala
susmağı bacarırsanmı?


Yanvar 28
Murad Kohneqala
nə çox susa bilirsənmiş?


Yanvar 28
Murad Kohneqala
ta bəsdi, nəfəs al... )))


Yanvar 28
Murad Kohneqala
ay qız, boğularsan, az sus!!!


Yanvar 28
Murad Kohneqala
orda,
bu xanımın yanında bir adam varmı,
nəbzini tutsun?
hey, kim var orda?


Yanvar 28
Murad Kohneqala
bəlkə də fikir verən olmayıb,
boğulub ölüb,
yoxsa bu qədər susan deyildi…)))


Yanvar 28
Deniz
mən susmuram,
susaraq danışıram...
mənimlə niyə söhbət edirsiz,
buna məcbursunuz ki?


Yanvar 28
Murad Kohneqala
bilirsən, ağlıma bir ideya gəlib,
mən bu yazışmamızı roman kimi
çap eləmək istəyirəm,
artıq burda sən ikinci xanımsan ki,
söhbətimiz maraqlı alınır,
hər iki söhbəti iki hissəli roman kimi çap eləmək istəyirəm,
adınız dəyişdiriləcək,
ancaq tekstə toxunulmayacaq...
həm də mən bu məktublaşmada
düşündüklərimi gizlətmədən yazıram,
heç kimi aldatmaq istəmirəm.
birinci qız mənimlə öpüşməyə qədər getdi,
23 yaşı var,
bir ildən çoxdu, hər gün yazışırıq…
ona əvvəldən demişdim ki,
görüşsək mənə alışacaqsan,
sözümə baxmadı...
ancaq mən onu heç vaxt
yatağa çağırmamışam,
əksinə, həmişə şəxsi həyatında
problem olanda mənə gənəşib…


Yanvar 28
Deniz
mən buna inanmıram,
belə başa düşdüm ki,
romanınızı tamamlamaq üçün
məndən material kimi istifadə edirsiz...
yox, mən daha sizə yazmayacam...
həm məni də o qızın getdiyi nöqtəyə qədər aparmağa çalışmayın,
onsuz da alınmayacaq…


Yanvar 28
Murad Kohneqala
mən səni heç nəyə məcbur eləmək istəmirəm,
sadəcə, səndən əvvəlki əhvalatı danışdım,
həm də nə bilirsən ki,
mən səninlə öpüşmək istəyirəm?
əvvəllərdə yazmışdım, düzdü,
onda istəyirdim,
indi fikrimi dəyişmişəm,
səninlə öpüşmək istəmirəm,
heç görüşmək də istəməyəcəm,
görüşməsək yazacam ki,
bu xanımın heç üzünü də görməmişəm,
bu elə görüşməkdən də gözəldi,
həmişə yadımda
profilindəki mavi gözlü xanım
kimi qalacaqsan…
ancaq sən profilindəki xanım kimi
gözəl söhbətlər eləyirsən…


Yanvar 28
Murad Kohneqala
profil şəklindən gözəlsənsə,
məni bağışla,
gözəl deyilsənsə,
halal xoşun olsun…)))


Yanvar 28
Deniz
təşəkkür edirəm…


Yanvar 28
Murad Kohneqala
ancaq qaçıb məni bədbəxt eləmə,
roman hələ bitməyib… )))
sən getsən, məcburam,
başqa bir xanımla da yazışam...)))
o da allah bilir, maraqlı olacaq, ya yox…

Yanvar 28
Deniz
biz bu şəkillə çox bənzərik,
gözlərimiz ən ortaq əlamətimizdi…
mən sizə niyə maraqlı gəldim?..


Yanvar 28
Murad Kohneqala
səndən bircə istəyim var,
şəklini mənə göndər…
onsuz da səni şəkillə tapa bilmərəm…)))


Yanvar 28
Deniz
atmaram sizi! )))
söhbətimiz mənə də xoşdu...
yox, istəyirəm yaddaşınızda
elə profildəki qız olaraq qalım,
görürəm, o qız bu yaşda sizin
hücrənizdəki rahatlığınızı əlinizdən alib,
etiraf edim ki,
bu mənə zövq verir )))


Yanvar 28
Murad Kohneqala
mən burda çoxlarıyla söhbət eləmişəm,
sadəcə, xoşuma gələnləri dedim…

sənin məni atmağa gücün çatmaz )))


Yanvar 28
Deniz
məni buna məcbur etməyin )))
tez vaz keçmək kimi murdar
xasiyyətim də var… )))


Yanvar 28
Murad Kohneqala
ancaq mənim murdar xasiyyətim yoxdu…)))


Yanvar 28
Deniz
sevinməyə dəyməz…))


Yanvar 28
Murad Kohneqala
bu, mütləq lazımdı, yəni? )))


Yanvar 28
Deniz
nə lazımdı, başa düşmədim?..
hə, başa düşdüm…)))


Yanvar 28
Murad Kohneqala
deyirsən, murdar xarakterim yoxdusa sevinməməliyəm,
bəlkə də sən düz deyirsən... )))
bu xasiyyət özünümüdafiədə
adama çox lazım olur,
ancaq mənim də ayrı silahlarım var,
sirayət eləmək, təsir eləmək...


Yanvar 28
Deniz
silahınız o qədər də güclü deyilmiş )))

ən çox əldə etmək istədiyiniz nə olub?


Yanvar 28
Murad Kohneqala
mən təkcə pul qazanmağı bacarmıram...
internetdə sürət azalıb, səndə də elədimi?


Yanvar 28
Deniz
mən telefonla daxil oluram,
görəsən, niyə yatmıram,
niyə tez-tez əlimi telefona atıb
sizdən mesaj gəlib-gəlmədiyinə baxıram,
hərdən özümü anlamaqda çətinlik çəkirəm,
heç qınaya da bilmirəm özümü,
əksinə, bundan zövq aldığıma görə
özümə hörmət eləməyə başlamışam…


Yanvar 28
Murad Kohneqala
hə, bunu hər adam eləmir,
psixoloqa gənəş,
bəlkə mənə vurulmusan?.. )))


Yanvar 28
Murad Kohneqala
kiminsə xoş bir şey gözləməyi yaxşı əlamətdi...
lap mollalar kimi danışdım…)))))


Yanvar 28
Deniz
belə çıxır ki, sizə vurulsam
bu anormal hadisə sayılacaq,
əlacını isə ancaq psixoloqlar biləcək,
belə qənaətə
gəlmək olar ki, sizə ancaq
psixi durumu normal olmayanlar
vurula bilər )))))


Yanvar 28
Murad Kohneqala
yəqin elədi,
ancaq bu xarakter hər adamda olmur,
onu mən səndə görmürəm...


Yanvar 28
Deniz
mən sizə vurulmuşam!


Yanvar 28
Deniz
zarafat elədim…))))


Yanvar 28
Murad Kohneqala
təzəcə sevinmişdim,
arxasınca nə tez qara xəbər göndərdin?.. )))
çox gözəl zarafatdı,
ancaq heç mənə vurulana oxşamırsan,
indiyə qədər dalaşa-dalaşa gəlmisən ))))


Yanvar 28
Deniz
hiss edirəm,
yavaş-yavaş mənə marağınız ölür,
deyəsən, mənimlə heç 6 ay da çəkməyəcək )))
"B" hərfi belə sizə təsir etmir…))))


Yanvar 28
Murad Kohneqala
"B" hərfindən heç əsər əlamət yoxdu ))))
hələ heç "öpürəm" sözünü deyə bilmirsən )))))


Yanvar 28
Deniz
bu xüsusi bir vurğunluqdu,
onun zərif yelkənləri kimi,
güclü qasırğaları da var…
belə daha gözəldi...


Yanvar 28
Murad Kohneqala
sənə gözəldisə, mənə də gözəldi...


Yanvar 28
Deniz
ən zəif hislərdən başladım daa, mən…)))
öpmək inkişaf mərhələsidi )))


Yanvar 28
Murad Kohneqala
sən məni öpə bilməzsən,
mən çox qocayam...)))


Yanvar 28
Deniz
bu məqamda susmaq istəyirəm )))


Yanvar 28
Murad Kohneqala
öz hislərini zorlama,
ürəyin necə istəyir elə et,
necə düşünürsən onu de,
mən incimərəm...


Yanvar 28
Murad Kohneqala
sən tələbəsənmi?
bakıda yaşayırsan?


Yanvar 28
Deniz
bəli, tələbəyəm, bakıdayam,
ama özüm şəmkirdənəm,
yeri gəlmişkən, bizim kəndlərimiz qonşudu


Yanvar 28
Murad Kohneqala
sən xxxxxx dansan?


Yanvar 28
Deniz
bunu necə bildiniz?
bəli, ordanam…



Yanvar 28
Murad Kohneqala
bizim kəndin qonşusu o kənddi,
onda səni görmək şansım var ki...)))


Yanvar 28
Deniz
necə?
necə görə biləcəksiz?


Yanvar 28
Murad Kohneqala
səni tapsam yaxşıdı, ya pis?


Yanvar 28
Deniz
həm yaxşi, həm pis…


Yanvar 28
Murad Kohneqala
çox maraqlıdı,
səni başa düşürəm


Yanvar 28
Deniz
niyə gec yazırsız?
mən gecələr gözlərimi sizə görə fəda edirəm )))


Yanvar 28
Murad Kohneqala
gec yazmıram, mənə elə gəlir
sən gec yazırsan )))


Yanvar 28
Murad Kohneqala
sənin üçün çox gecdisə
gecən xeyrə qalsın!..


Yanvar 28
Deniz
mən onsuz da gecələr cox gec yatıram,
gecənin səssizliyini duymağı sevirəm,
gecələr mənə məni anladırlar,
dərk etdirirler… + da
sizin söhbətiniz olunca
heç yatmaq istəmirəm )))
murad bey, yenə bir istəyim var.
istəyirəm indiyə kimi sizə yazdıgım
mesajların içindən ən çox
bəyəndiyinizi status qoyasınız.
bəlkə də heç birini bəyənməmisiniz… )))


Yanvar 28
Murad Kohneqala
biraz danış hələ yatmıram,
onsuz da bu dəfə fb-yə qayıdandan
səhər saat 5-də yatıram


Yanvar 28
Deniz
hiss etdim ki, yazacaqsınız,
ona görə yatmadım )))


Yanvar 28
Murad Kohneqala
statusu yazdım:
"mən sənə vurulmuşam,
zarafat elədim…"

heç olmasa şəklini göndər mənə,
yəqin tanıdığım kənddən olduğuna görə qorxacaqsan ki, şəkilinlə
gəlib səni taparam )))
ancaq özün razı olmadan səni
görmək istəyim yoxdu...
şəklini göndərə bilərsən...


Yanvar 28
Deniz
şəklim nəyinizə lazımdı? )))
həm də mən heç vaxt
sonralar qorxacaq olacağım şeylərin
başlanğıcını etməm,
yəni əgər qorxası olsaydım
indi sizə yazmazdım.
bəlkə nə vaxtsa xoş təsadüflər
bizi üz-üzə gətirdi…


Yanvar 28
Murad Kohneqala
şəklinə baxmaq istəyirəm,
səni biraz görmək istəyirəm...


Yanvar 28
Deniz
əvvəldə yazmışdınız ki,
sizə, sadəcə, yazışmaq yetər...
elə bilin ki, profildəki qız mənəm,
onun gözlərinə baxaraq danışın,
inanın ki, mən də sizi görəcəm…


Yanvar 28
Murad Kohneqala
məni görmək çox asandı,
hardasa görsən,
uzaqdan baxıb qaçacaqsan,
yoxsa yaxınlaşıb tanışlıq verəcəksən?


Yanvar 28
Deniz
seçim qarşısında qalsam,
ikinci variantı seçərəm )))


Yanvar 28
Murad Kohneqala
gəl, bir gün görüşüb şəhərdə gəzək…


Yanvar 28
Deniz
ola bilər...
şəhərdə gəzək və nöqtələr niyə? )))
cümlənin ardı da var? )))
yoxsa sürahi də var? )))


Yanvar 28
Murad Kohneqala
yox mən çox vaxt üç nöqtəni
adət kimi yazıram,
özü də adamı dişləmirəm )))
içə bilirsənsə şərab da içərik,
sürahi də olar...


Yanvar 28
Deniz
yox, elə gəzməklə kifayətlənsək
daha yaxşıdı )))
ama, içkilərdən çaxırı çox sevirəm…


Yanvar 28
Murad Kohneqala
çaxır da yaxşı içkidi,
şəxsən mən arağa üstünlük verirəm...
gecən xeyrə qalsın!
ardı var )))


Yanvar 28
Deniz
xeyrə qarşı, murad bəy!

(ardı var)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm