Şəklini mənə göndər -IX
Bizi izləyin

Yazarlar

Şəklini mənə göndər -IX

Dünyanın bu yeni dövründə ayrı-ayrı adamların virtual tanışlıqdan başlayan dostluğu sosial şəbəkələrdə geniş yayılıb. İnternet istifadəçiləri virtual məkanda bir-birilə fikir bölüşmək imkanı qazanmaqda davam edirlər. Xeyli vaxtdı planetin ən məşhur elektron şəbəkələrindən sayılan Facebook-da status və rəylərimlə çıxış edirəm. Dostluğumda 4 minə yaxın istifadəçi var. Bu məkanda hər bir istifadəçiyə həm də gizli məktublaşma imkanı verilib. Qapalı məktublaşma zamanı səmimi, saxta, düşüncəsini bəyəndiyim və bəyənmədiyim adamlarla uzun müddətdir ki, təmasdayam.

Prosesdə mübahisə etdiyim, söyüşdüyüm, sevişdiyim, real həyatda görüşüb dostlaşdığım insanlar çoxdu. Bu gizli aləm insanlara tam səmimi olmağa, öz düşüncəsini, dərdini, ehtirasını qarşıdakı ilə bölüşməyə imkan yaradır. Oxuyacağınız roman 20 yaşlı bir xanımın 52 yaşlı bir yazarla gizlin söhbətləşməsidi. İctimai marağa səbəb olacağını nəzərə alaraq üzünü görmədiyim Dəniz xanımın icazəsi ilə mətni roman janrında işığa çıxarmağı qərara aldım.

IX yazı

Yanvar 29

Deniz

bu, mənimçün təhqir oldu…

Yanvar 29

Murad Kohneqala

bağışla,

səni təhqir eləmək fikrim yoxdu,

sadəcə, sualına cavab verdim...

Yanvar 29

Murad Kohneqala

nooldu, niyə küsdün?

bir kişinin bir xanımı istəməsini

nə üçün təhqir sayırsan?..

Yanvar 29

Deniz

alışmamışam bəlkə...

Yanvar 29

Murad Kohneqala

həm də mən bu sözləri sənə

küçədə demirəm ki?

məndən incimə...

ola bilsin sən bunu eləyə bilmədiyinə görə

əsəbləşirsən....

Yanvar 29

Deniz

elə deyil...

məni buna təhrik edən bir hiss yox içimdə.

Yanvar 29

Murad Kohneqala

çox qanacaqsız göründümsə,

söhbətimizi qurtara bilərsən...

Yanvar 29

Deniz

xeyr!

mən elə fikirləşmirəm…

o ki, qaldı söhbətimizə,

mən heç nə demirəm,

yazışa bilərik,

onsuz da bir neçə günə

face-mi bağlayacam…

Yanvar 29

Murad Kohneqala

məncə, kişi bir qadına həmişə

şəhvət gözü ilə qiymət verir...

başqa cür deyənlər yalan danışır...

bu face-ni mən də bağlamaq istəyirəm,

bezmişəm artıq...

Yanvar 29

Deniz

ola bilər...

gəlin, birlikdə bağlayaq )))

Yanvar 29

Murad Kohneqala

gör, kişilər necə məxluqdu?

mən gözünün qabağında

görmədiyim bir qıza eşq elan eləyirəm,

üstəlik də yatağa çağırıram,

ağlın bizdən nə kəsir?

Yanvar 29

Murad Kohneqala

biz birlikdə heç vaxt bağlaya bilməyəcəyik...

Yanvar 29

Deniz

ağlımın kəsən tərəfi

kişilərə çatanda həmişə korşalır )))

Yanvar 29

Murad Kohneqala

səninlə söhbət mənə ləzzət eləyir,

hərdən mızıldanmağını da eşidirəm... )))

Yanvar 29

Deniz

mən mızıldanıram da? )))

Yanvar 29

Murad Kohneqala

hərdən olur...

Yanvar 29

Deniz

hə, ola bilər...

Yanvar 29

Murad Kohneqala

kiminlə qalırsan?

evdə nə yaxşı soruşmurlar,

gecəyarı kiminlə yazışırsan bu qədər ?

Yanvar 29

Deniz

xalamgildə,

deyirəm, uşaqlarla yazışıram...)

Yanvar 30

Murad Kohneqala

mən sənə uşağam? )))

istədim, biraz güləsən... )))

Yanvar 30

Deniz

xeyli güldüm sayənizdə )))

Yanvar 30

Murad Kohneqala

deyəsən ilk dəfədi səni güldürdüm... )))

yoxsa bütün günü zəhləni tökürdüm...)))

Yanvar 30

Deniz

bax, yenə xeyli güldüm… )))

xeyr, heç də elə deyil...

Yanvar 30

Deniz

nə əcəb yorulmursunuz mənə yazmaqdan?...))

Yanvar 30

Murad Kohneqala

səninlə yazışmaqdan yorulmuram...

mən həmişə elə bilirdim ananas

banan kimi ağacda bitir,

sən demə, kələm kimi yerdə becərirlərmiş,

kimə deyirəm, mətəl qalır... )))))

Yanvar 30

Deniz

)))) cavab belə tapmadım…))

Yanvar 30

Murad Kohneqala

həqiqi sözümdü!

Yanvar 30

Murad Kohneqala

bir dəfə kənddə durnalar dumana düşübmüş,

uşaqlar ikisini tutmuşdu,

bir dostum onları öz həyətində saxlayırdı,

ikisi də həyətdə hərlənib dəhşət darıxırdılar,

onu mən hiss eləyirdim,

ancaq heç kimin vecinə deyildi...

Yanvar 30

Murad Kohneqala

nooldu sənə?

Yanvar 30

Murad Kohneqala

internet yoxdusa

telefonumu qoyuram,

bir dəfə alo de...

050 532 30 59

Yanvar 30

Murad Kohneqala

)))))) ağlıma gəlmədi ki,

internet yoxdusa telefon nömrəsini də görməyəcəksən,

çaşmışam lap... ))))))

Yanvar 30

Deniz

hə, internet yox idi…

nömrə?

bu gərək deyildi )))

Yanvar 30

Murad Kohneqala

yaxşı, nömrəni unut,

dedim, həm də bir bəhanədi,

səsini eşidərdim... ))))))

Yanvar 30

Deniz

unutdum, zatən…))

Yanvar 30

Murad Kohneqala

zərəl yoxdu, sənə ayrı bir

hiylə yaparam ))))

zarafat eləyirəm, narahat olma... )))

Yanvar 30

Deniz

zarafatı mən də sevirəm ))))

Yanvar 30

Murad Kohneqala

sən gözəlsən?.. )))

Yanvar 30

Deniz

mən bilmirəm )))

ama, hamı elə deyir ))

Yanvar 30

Murad Kohneqala

demək, gözəlsən...

görəsən, mənim xoşuma gələrsənmi? )))

Yanvar 30

Deniz

heç ağlım kəsmir )))

Yanvar 30

Murad Kohneqala

gözəl olduğunu yenə təsdiqlədin…

bəs, mən görməyəcəm səni? )))

Yanvar 30

Deniz

təəssüf ))

Yanvar 30

Murad Kohneqala

təəssüf sözünü, adətən,

diplomatlar işlədir,

sən artıq, sevginin

diplomatiyasına keçmisən...)))

Yanvar 30

Deniz

mən hələ sevginin əlifbasını öyrənirəm...

Yanvar 30

Murad Kohneqala

öz aramızdı,

birinci hərfi sənə mən öyrətdim... )))

Yanvar 30

Deniz

yox, siz ikinci hərfi öyrətdiniz “B”ni )))

Yanvar 30

Murad Kohneqala

əlimə o keçmişdi,

onu göndərmişdin, onu da izah elədim... )))

ola bilsin, “A”-nı özün bilirdin... )))

birinci, yəni ilk dəfə mənasında, deyirəm...

Yanvar 30

Deniz

A-nı bilmirəm,

məncə, bilməsəm yaxşıdı ))

Yanvar 30

Murad Kohneqala

“A”- da qorxulu bir şey yoxdu,

görmürsən, yalnız əl verib salamlaşırlar?..)))

Yanvar 30

Deniz

mən də elə düşünmüşdüm, zatən )))

gecəniz xeyrə!

Yanvar 30

Murad Kohneqala

xeyirə qarşı! )))

(ardı var)

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm