Yazarlar
Səadət Akifqızı: “Sevdiyim məni aldatmaz” - BEŞMƏRTƏBƏ
Hər dəfə layihə iştirakçısı 5 suala 5 versiyada cavab verir. Şərtə görə, cavabda "hə" və ya "yox" variantlarından biri seçilməli, üstəlik, ona bir cümələlik izah əlavə olunmalıdır.
Layihənin növbəti qonağı jurnalist Səadət Akifqızıdır.
Dəyişmək istərdinizmi?
1. İllərin sürətini...
- Hə. Çünki heç nəyi çatdırmaq olmur.
2. Çevrənizi...
- Yox. Dostlarımdan, iş yoldaşlarımdan, ailəmdən çox məmnunam.
3. Adınızı...
- Yox. Ərəb adı olsa da, adımı bəyənirəm.
4. Yaşınızı...
- Hə. Görmək istədiyim o qədər işlər var ki, ömür çatmaz.
5. Bədəninizi...
- Hə. Artıq çəki məni yorur
Görüşməyi arzulardınızmı?
1. Yadplanetlilərlə...
- Hə. Tanımadığım dünyaları tanımaq istərdim.
2. İlk sevginizlə (ilk sevdiyinizlə)...
- Yox. Belə nostalgiyam yoxdur.
3. Məhəmməd Füzuli ilə...
- Yox. Mən sevdiklərimlə ruhən də söhbətləşə bilirəm.
4. Vanqa nənə ilə...
- Yox. Falçılara inanmıram.
5. İlk insan olan Adəmlə...
- Hə, dünya, başlanğıc haqqında onun nə düşündüyünü bilmək maraqlı olardı.
Darıxırsızmı?
1. Uşaqlığınız üçün...
- Hə. Yenə də ərköyün, qayğısız olmaq üçün.
2. Uzaq bir yer üçün...
- O yerdə mənə əziz adamlar olacaqsa hə, yoxsa yox.
3. Dünyasını dəyişmiş kimsədən ötrü...
- Hə. Babamdan ötrü, onu nə qədər sevdiyimi ona hiss etdirə bilmək imkanım olsaydı...
4. Gələcəyi gözləməkdən...
- Yox, çünki indinin problemləri buna imkan vermir.
5. Bəzən səbəbsiz...
- Hə. Dünya çox maraqsızdır.
Oxuya bilirsizmi?
1. Hər gün kitab...
– Yox. Qaynar həyat vaxtımı işğal edib.
2. Hər səhər qəzet...
- Hə, əsasən arxa səhifələrini.
3. Elektron material...
– Hə. İşimizin adı nədir?
4. Mahnı...
- Yox. Mahnı duyumum yoxdur
5. İnsanları üzündən...
- Yox. Mən o qədər də adam sərrafı deyiləm.
İnanırsızmı?
1. Sevdiyinizə yüz faiz...
- Hə. Çünki mənəviyyatlı insandır, aldatmaz.
2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...
- Yox. İnsanlar mənəvi inqilab etmək istəmirlər
3. Allaha..
- Hə. Ona da inanıram ki, Allah insanın öz əxlaqında, mənəviyyatındadır.
4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...
- Hə. Mən insanlara inanıram, amma birinci dəfə.
5. “Siz hamıdan yaxşı adamsınız” sözünə...
- Yox. Kimsədən yaxşıyamsa, kimsədən də pis ola bilərəm.
Publika.Az
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR