Şəklini mənə göndər - X
Bizi izləyin

Yazarlar

Şəklini mənə göndər - X

Dünyanın bu yeni dövründə ayrı-ayrı adamların virtual tanışlıqdan başlayan dostluğu sosial şəbəkələrdə geniş yayılıb. İnternet istifadəçiləri virtual məkanda bir-birilə fikir bölüşmək imkanı qazanmaqda davam edirlər. Xeyli vaxtdı planetin ən məşhur elektron şəbəkələrindən sayılan Facebook-da status və rəylərimlə çıxış edirəm. Dostluğumda 4 minə yaxın istifadəçi var. Bu məkanda hər bir istifadəçiyə həm də gizli məktublaşma imkanı verilib. Qapalı məktublaşma zamanı səmimi, saxta, düşüncəsini bəyəndiyim və bəyənmədiyim adamlarla uzun müddətdir ki, təmasdayam.

Prosesdə mübahisə etdiyim, söyüşdüyüm, sevişdiyim, real həyatda görüşüb dostlaşdığım insanlar çoxdu. Bu gizli aləm insanlara tam səmimi olmağa, öz düşüncəsini, dərdini, ehtirasını qarşıdakı ilə bölüşməyə imkan yaradır. Oxuyacağınız roman 20 yaşlı bir xanımın 52 yaşlı bir yazarla gizlin söhbətləşməsidi. İctimai marağa səbəb olacağını nəzərə alaraq üzünü görmədiyim Dəniz xanımın icazəsi ilə mətni roman janrında işığa çıxarmağı qərara aldım.

Yanvar 30

Murad Kohneqala

salam!

niyə özünü göstərib də qaçdın?

yazmamaq qərarın qətidi? )))

Yanvar 30

Deniz

bəlkə də...)

Yanvar 30

Murad Kohneqala

olur belə şeylər,

yəqin kaprizin tutub... )))

istəyirsən, bu saat könlünü alım...

Yanvar 30

Deniz

bacarmazsınız...))

Yanvar 30

Murad Kohneqala

bir gün iki alkaş sonuncu pullarını toplayıb bir

araq alırlar. “zakuska”ya pulları çatmır.

bir ağacın dibinə içməyə gəlirlər.

bıy, baxırlar ki, ağzında pendir bir qarğa

ağacın budağına qondu.

qocaman alkaş deyir,

allah yetirdi, sən dinmə,

mən ondan pendiri alacam.

arağı stakana süzə-süzə

başını qaldırıb qarğaya deyir:

bizimlə içərsən?

qarğa deyir:

bəli! )))

pendir ağzından düşür,

alkaşlar cəld pendiri bölüşüb

hərəyə bir stəkan vururlar.

qarğa pərt halda uçub gedir…

ikinci stəkanı içmək istəyəndə

qarğa yenə ağzında pendir

gəlib həmin budağa qonur.

qarğanı aldatmaq növbəsi

ikinci alkaşa çatır.

ikinci biraz fikirləşib deyir,

narahat olma, tapdım,

bu dəqiqə pendir qarşımızda olacaq…

arağı süzə-süzə

başını qaldırıb qarğaya deyir:

sənə dolu süzüm?

qarğa deyir:

bəli!

yenə pendiri bölürlər.

axırıncı stəkanları içmək istəyəndə

qarğa yenə pendirlə gəlir.

təcrübəli alkaş deyir, sən hürkütmə,

bu dəfə özüm saldıracam.

arağı stəkana süzəndən sonra

üzünü qarğaya tutub deyir:

elə bilirsən,

biz səni yenə aldatmaq istəyirik?

qarğa deyir:

bəli! )))))))))))

Yanvar 30

Deniz

təşəkkür edirəm,

doğurdan güldüm xeyli ))))

Yanvar 30

Murad Kohneqala

gördün ki, bacardım... )))

hələ yanımda olsaydın

daha çox gülərdin... )))

Yanvar 30

Deniz

yaxşı ki, olmamışam...)))))

Yanvar 30

Murad Kohneqala

bilirəm, heç olmaq da istəmirsən...

Yanvar 30

Deniz

bəli!..))))

Yanvar 30

Murad Kohneqala

sən də qarğadan öyrəndin, deyəsən… )))

bu fikrində fəxr elənəsi bir şey yoxdu...

Yanvar 30

Deniz

“bağışla,

sən

payızda cücərən otlar kimisən, əziz dost:

ilıq baharlardan yox,

soyuq rüzgarlardan xəbər verirsən,

mənsə yaz istəyirəm...

üşüyürəm...”

Yanvar 30

Murad Kohneqala

demək, mənimlə üşüyürsən...

Yanvar 30

Deniz

mən sizsiz də üşüyürəm…

Yanvar 30

Murad Kohneqala

səni başa düşürəm,

yəqin ki, isinməyə bir dos tapacaqsan...

Yanvar 30

Deniz

niyə bu qədər soyuq səslə?..

Yanvar 30

Murad Kohneqala

sən məndən istilik istəmirsən axı...

Yanvar 30

Deniz

mənə mənim istəyimlə verilən istilik

lazım da deyil, zatən...

Yanvar 30

Murad Kohneqala

gözəl deyirsən...

ancaq sən qapısında nizəli cəngavərlər qoyulmuş

qalanın içinə girmisən,

heç olmasa arxadan ip sallamalısan...

Yanvar 31

Deniz

mən istəyirəm

məni görmək üçün

o qala qapıları çətin başa çatmış

bir döyüş nəticəsində açılsın,

mən indi bəlkə yeganə “hökmdaram” ki,

öz əsgərlərimin məğlub olmağını istəyirəm…

o ki qaldı ip sallamağa,

bax, bu, mənim üçün

əsl məğlubiyyətdi…

Yanvar 31

Murad Kohneqala

ancaq mən sənin yerinə olsaydım,

20 yaşım olsaydı

murad köhnəqala ilə

elə o qalada görüşərdim...

özün bil...

Yanvar 31

Murad Kohneqala

əslində sən döyüşməlisən...

Yanvar 31

Deniz

murad köhnəqala ilə görüşüm

mənə nə yaşadacaq? –

ömrümün sonuna kimi

hiss edəcəyim acı…

Yanvar 31

Murad Kohneqala

niyə?

bircə dəfə səninlə görüşmək

sənə o qədər acı verəcək?

nə mənada?

Yanvar 31

Deniz

mən döyüşə bilmərəm,

çünki zəbt edəcəyim yeri bilmirəm…

Yanvar 31

Murad Kohneqala

növbə sənindi... )))

Yanvar 31

Deniz

biz görüşə bilmərik,

səbəbini siz daha yaxşı bilirsiniz…

Yanvar 31

Murad Kohneqala

onda məndən heç bir cəsarət umma...

Yanvar 31

Murad Kohneqala

mən səni indi başa düşürəm,

demək, sən mənimlə yalnız elə-belə

söhbət eləmək istəyirsənmiş,

mən də sənə eşq elan eləyirəmmiş...

mən romanda biabır olacam... )))

Yanvar 31

Deniz

mən onu sizə görə yox,

ümumiyyətlə yazmışdım…

ama, mənə sizinlə söhbət çox xoşdu…

Yanvar 31

Murad Kohneqala

sən bilirsənmi nəyə bənzəyirsən?

cüyür sürüsünün içindən

biri ayrılıb gəlir də

qayaya söykənmiş

bir kişinin dizinə sürtünür,

həm də demək istəyir ki, mənə dəymə...

mən heç sənə dəyərəmmi???

Yanvar 31

Murad Kohneqala

ancaq məndən ötrü

dəli olmağından qorxuram... )))

Yanvar 31

Deniz

madam ki, münasibətimi

bu cür qiymətləndirirsiniz,

daha qayaya söykənib

nə qədər gözləsəniz də

o cüyürü bir daha görməyəcəksiniz…

Yanvar 31

Murad Kohneqala

mən səni onsuz da görə bilməyəcəm,

ona görə uduzmağa bir şey yoxdu...

Yanvar 31

Deniz

burda uduzan tərəf yoxdu...

qazandığımız bir şey də yox…

mənə əziz qalan isə söhbətimiz və

qızılgül )… olacaq…

sizi bilmirəm…

Yanvar 31

Murad Kohneqala

bu neçənci küsməyindi?.. )))))

Yanvar 31

Deniz

axırıncı…

Yanvar 31

Murad Kohneqala

mənə də söhbətdən başqa

proflindəki o qız əziz qalacaq,

mən yalnız onu gördüm...

Yanvar 31

Deniz

hər ikimizə

bir birimizi xatırladacaq nəsə var,

bu yaxşıdı ))))

Yanvar 31

Murad Kohneqala

bax bu söhbətimiz mənim romanımdı...

oxunurmu?.. )))

yəqin başdan oxumusan... )))

Yanvar 31

Deniz

“şəklini mənə göndər”

adını da belə qoyarsınız…

Yanvar 31

Murad Kohneqala

yazdınsa,

artıq adı belə olacaq,

çünki burda bir sözü də

ixtisar eləməyəcəm...

Yanvar 31

Deniz

səmimiyyətinizə inanıram…

Yanvar 31

Murad Kohneqala

öz aramızdı,

sən məni dəhşət sevirsən... )))))

Yanvar 31

Deniz

öz aramızdı,

siz də özünüzü sevindirməyi

dəhşət sevirsiniz… )))

Yanvar 31

Murad Kohneqala

hə,

məni narahat eləyir ki,

o niyə sevmir məni...

Yanvar 31

Deniz

ama, bayaq sizi sevdiyimi

çox əminliklə dilə gətirdiniz

Yanvar 31

Murad Kohneqala

bunu hiss eləyirəm,

sevmədiyin adamla

bu qədər danışa bilməzdin…

(ardı var)

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm