Şəklini mənə göndər - XI
Bizi izləyin

Yazarlar

Şəklini mənə göndər - XI

Dünyanın bu yeni dövründə ayrı-ayrı adamların virtual tanışlıqdan başlayan dostluğu sosial şəbəkələrdə geniş yayılıb. İnternet istifadəçiləri virtual məkanda bir-birilə fikir bölüşmək imkanı qazanmaqda davam edirlər. Xeyli vaxtdı planetin ən məşhur elektron şəbəkələrindən sayılan Facebook-da status və rəylərimlə çıxış edirəm. Dostluğumda 4 minə yaxın istifadəçi var. Bu məkanda hər bir istifadəçiyə həm də gizli məktublaşma imkanı verilib. Qapalı məktublaşma zamanı səmimi, saxta, düşüncəsini bəyəndiyim və bəyənmədiyim adamlarla uzun müddətdir ki, təmasdayam.

Prosesdə mübahisə etdiyim, söyüşdüyüm, sevişdiyim, real həyatda görüşüb dostlaşdığım insanlar çoxdu. Bu gizli aləm insanlara tam səmimi olmağa, öz düşüncəsini, dərdini, ehtirasını qarşıdakı ilə bölüşməyə imkan yaradır. Oxuyacağınız roman 20 yaşlı bir xanımın 52 yaşlı bir yazarla gizlin söhbətləşməsidi. İctimai marağa səbəb olacağını nəzərə alaraq üzünü görmədiyim Dəniz xanımın icazəsi ilə mətni roman janrında işığa çıxarmağı qərara aldım.

XI yazı

Yanvar 31

Deniz

ama, siz də çox adamla danışırsınız,

həm də uzun müddət…

mən bunu hiss eləyirəm…

bu, o deməkdi ki, siz onların hamısını sevirsiniz?..

Yanvar 31

Murad Kohneqala

bilirsənmi şəklini niyə göndərmirsən?

qorxursan ki, səni bəyənmərəm...)))

ancaq qorxma...

Yanvar 31

Deniz

həmişə, özünüzü yalnız sizin olanı

sevməyə öyrəşdirin,

əks halda çox əzab çəkərsiniz,

sizə son sözüm bu...

Yanvar 31

Murad Kohneqala

bəs deyirdin bir də küsməyəcəksən...)))

Yanvar 31

Murad Kohneqala

xəbərin varsa, sən kəskinləşdikcə

məni burda gülmək aparır... )))

Yanvar 31

Deniz

hoşcakalın!!! )

Yanvar 31

Murad Kohneqala

mən sənin üzünü də görməmişəm,

ancaq sən ordan mənə barmaq qıcayırsan... )))

Yanvar 31

Murad Kohneqala

tez cırnadın...)))

Yanvar 31

Deniz

...

Yanvar 31

Murad Kohneqala

gərək dalaşanda ayrılaydın?

niyə xoş ayrılmadın?..

Yanvar 31

Murad Kohneqala

gəl barışaq,

sonra ayrılaq,

dalaşmadan...

Yanvar 31

Deniz

biz zatən, dalaşmadan ayrıldıq...

Yanvar 31

Murad Kohneqala

yox,

mənə elə gəlir, sən inciyib getmişdin...

Yanvar 31

Murad Kohneqala

istənilən formada

mənim həyatıma girmiş

hesab olunursan,

ona görə sən gedən kimi

darıxmağa başlayıram...

Yanvar 31

Deniz

mən sizin həyatınıza girmədim...

mən, sadəcə, boylandım...

həyatınızın kəndarından həyatınıza boylandım… baxdım ki, mən yad yerdəyəm,

azmış insan kimi hürkməyə başladım…

və nəhayət gəldiyim yolu bulub geri qayıtdim…

Yanvar 31

Murad Kohneqala

məncə,

baxıb gördüyün könül xarabalığına görə

elə də peşman olmamalısan...

Yanvar 31

Murad Kohneqala

gəlib bir az da sən alt-üst elədin...

Yanvar 31

Deniz

xeyr, mənim gördüyüm xarabalıq deyildi,

gözəl bir gülüstan idi…

ama heyif, heyif ki soyuq rüzgarlar oranın daimi sakini olmuşdular...

mən baxdım, zövq aldım...

ama, yenə üşüdüm...

alt-üst edə bilməzdim,

çünki, mən orda qonaq idim…

Yanvar 31

Murad Kohneqala

uşaqlar həmişə getdiyi qonaq evini alt-üst eləyirlər... )))

əslində bu, ev sahibinə də ləzzət eləməlidi...

Yanvar 31

Deniz

mən uşaq kimi getdim o evə,

ama, orda məni uşaq kimi qəbul eləmədilər...

ev sahibi bu uşağın ərköyünlüyünə səbr etmədi…

Yanvar 31

Murad Kohneqala

çünki, hərəkətlərin uşaq hərəkəti olsa da

bədəninin 20 yaşı var,

bu rəqəm məni şəhvətə çəkməyə bəs eləyir...

Yanvar 31

Deniz

ama, 25-in tərsi olan rəqəm

onun sahibinin

mənlə paylaşmaq istədiklərindən

məni çəkindirəcək qədər böyükdü…

Yanvar 31

Murad Kohneqala

ancaq özün də bilmədən

məni ehtiraslandırırdın...

yəni hərdən yubkan yuxarı qalxır,

baldırın görünürdü,

mən də elə bilirdim, bunu qəsdən eləyirsən...

Yanvar 31

Deniz

siz o uşağa elə uşaq kimi baxsaydınız...

bunu, bir uşaq üçün adi hal hesab edərdiniz…

Yanvar 31

Murad Kohneqala

məsələ burasındadı ki,

mən sənə uşaq kimi yox, yetkin bir xanım kimi baxmışam.

yenə də elə baxıram...

düşünürəm, səni uşaq sansaydım

xətrinə dəyərdi...

qaldı ki, yuxarıda dediyim

evi alt-üst eləyən uşaq,

onu bir bənzətmə kimi işlətmişdim...

Yanvar 31

Murad Kohneqala

internet yerimirdi...

Yanvar 31

Murad Kohneqala

yatırmısan?..

Yanvar 31

Deniz

anlamadım...

Yanvar 31

Murad Kohneqala

nəyi anlamırsan?

Yanvar 31

Deniz

axırıncı yazdığınız sözü…

Yanvar 31

Murad Kohneqala

“yatırmısan?” sözü anlaşılmaz deyil ki?

Yanvar 31

Deniz

yazdıgınıza bir daha nəzər salın,

zəhmət olmazsa…

Yanvar 31

Murad Kohneqala

səni harası ilgiləndirir?..

Yanvar 31

Deniz

siz, “yatmısan?” yox, “yatırmısan?”

yazmışdınz,

bunu nəzərdə tutmuşdum…

Yanvar 31

Murad Kohneqala

))) sadəcə, soruşdum,

heç bir alt qatı yoxdu, doğrusu...

yatırsanmı?

yaxud

yatırmısan?

burda məna axtarmağa dəyməz...

Yanvar 31

Deniz

məna axtarmırdım,

başa düşməmişdim,

sonar isə bunu mexaniki səhv kimi

qəbul etdim, bu qədər…

Yanvar 31

Murad Kohneqala

yatırsanmı, yatırmısan...

burda nə məna axtarırsan?

mən işarələrlə danışmıram...

deyəsən, məni özünə lap

yad hesab eləyirsən,

guya mən sənə söz arası

söz dürtüşdürürəm...

Yanvar 31

Deniz

nə isə...

düz başa düşmədiniz məni…

Yanvar 31

Murad Kohneqala

bəlkə elə bilmisən səninlə yatmaq haqda

düşünürdüm?..

Yanvar 31

Deniz

xeyr, bu belə deyil...

mən artıq bu barədə danışmaq istəmirəm…

Fevral 1

Murad Kohneqala

başa düşdüm, yəqin anlaşılmazlıq olub,

bu gün halın necədi?

yəni mənimlə yazışandan

vəziyyətin pisliyə doğrudu, yoxsa,

yaxşılığa doğru?.. )))

Fevral 1

Murad Kohneqala

məndən çox bezdin?

Fevral 1

Deniz

statusunuzu oxudum:

“xanım, mənim bu sevgimə xırdanız olarmı?”

niyə yatmırsınız,

yoxsa yuxuya da xırda tapmırsınız?..)))

Fevral 1

Murad Kohneqala

gəlişinə çox sevindim,

ancaq sənin kimi vəfasız bir gözəldən

asılı qalmaqdan qorxdum,

dəli olmağım sənin əlində olsaydı,

məni çox həvəslə dəli eləyərdin,

sonra da barmağınla göstərib deyərdin ki,

bax o kişi məndən ötəri dəli olub...

Fevral 1

Deniz

həqiqi aşiq dəli olmaq üçün doğulur...)))

Fevral 1

Murad Kohneqala

mən dəli olacaq qədər hərif deyiləm,

dəli olmaqdan dəli eləməyi üstün tuturam...

Fevral 1

Deniz

mən də eyni mövqedəyəm...)

Fevral 1

Murad Kohneqala

onda gəl dəli eləməkdən

mübahisə eləyək,

görək kim kimi dəli eləyəcək... )))

(ardı var)

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm