Yazarlar
Sakit Don
Həmin iki əsərdən biri Şoloxovun “Sakit Don” əsəridir. Bədii əsər, kitab oxuduğumu özümə təlqin edirdim, yazının beynimdən çıxdığını təkrarlayırdım, amma yenə də Aksiniyanın Melexova xəyanətini həzm edə bilmirdim. Bu xəyanətin bir əsərdə baş verməsini özüm özümə inandırmağa məcbur idim. Bununla belə yenə də çətinlik çəkirdim.
Böyük əsərdə baş vermiş hadisə daha dərin iz buraxır. Çünki,
sənin onlarla “birgə yaşayışının” müddəti uzun olur. Özüm yazmağa
başlayandan sonra bir çox əsərlərin necə yazılması mənə möcüzə kimi
görünməyə başladı. Söhbət sənin yaxşı və ya pis, qalın və ya nazik
kitab, əsər yazmağından getmir. Sən prosesin özü ilə tanış olursan
və bu tanışlıq bir çox məsələləri anlamaq üçün açar rolunu oynayır.
Bir çox məsələləri başa düşürsən. Böyük əsərlərin həm də necə
əzabla, əziyyətlə yazıldığını başqalarına nisbətən bir köynək daha
yaxından, daha dərindən hiss edirsən. Hər kəsin öz möcüzəsi
var.
Mənim üçün yazılması möcüzə görünən əsərlərdən biri Şoloxovun
“Sakit Don” əsəridir. Söhbət əsərin tək həcm böyüklüyündən getmir.
Bir əsərdə xeyli mövzuları işləmək, bu mövzuları bərk
əlaqələndirmək, bədii həllini vermək hər yazıçının işi deyil.
Kazakların məişəti, Birinci Dünya Müharibəsi, sevgi, faciə, ailə
dramları, xəyanət, sədaqət, qırğınlar, aclıq, mükəmməl təbiət
təsvirləri, ehtiras, fanilik, əbədilik...
Bütün bunlar əsərdə bir-birinə sıx bağlıdır. Müharibədən qayıdan
kazaklar adətə uyğun olaraq öz furajkalarını Don çayına atırlar.
İnsanlar doğulur, insanlar ölür, müharibələr baş verir, idarəetmə
sistemləri dəyişir... Don çayı isə əbədidir. Hər şey onun yanında
fani görünür.
Şoloxov əsərdə açıq-saçıq səhnələr yaratmayıb, amma biz onun necə
ehtiraslı bir yazıçı olduğunu əsərdə dəfələrlə görürük. Təbii, bir
çox məsələləri anlamırdım. Zaman keçdikcə hadisələr anlamadığım
məqamları bir-bir mənə izah etməyə başladı. Və bir insanın təbiəti,
qadınları, kişiləri bu qədər yaxından tanıması, buna necə nail
olması bir cavabsız sual olaraq qalmaqdadır. Şoloxovun təbiət
təsvirləri mükəmməldir. O, qədər mükəmməldir ki, adam otun, çiçəyin
iyisini, atın tərini belə əsəri oxuyarkən hiss edir. Belə mükəmməl
təsvirlərin nəticəsində nəinki mənzərələri dolğun olaraq görürsən,
həm də hiss edirsən. Təsvir olunan tarlaların, çəmənliyin, meşənin
iyisi burnuna dolur, istini, sərinliyi, soyuğu, bürkünü öz canında
hiss edirsən. Haldan-hala düşürsən.
Bu mənada Şoloxov çox yüksəkdə dayanır. Təbiət təsviri yarışında
ona yalnız rus yazıçısı Bunin yaxınlaşa bilər. Bir az da Aleksey
Tolstoy.
XXX
Bir tanış qız var. Ciddi ədəbiyyat həvəskarıdır. Dayısının arvadı
rusdur. Qız deyir ki, o boyda nəsildə yalnız o qadınla ədəbiyyat,
kino söhbəti edə bilirəm. Yerdə qalanlarının başı toya, qeybətə, ev
təmirinə, nişana, xınayaxdıya, üçgünlüyə, beşgünlüyə, ongünlüyə
qarışıb. Qız “Sakit Don” əsərini oxuyub və Aksiniyanın Meloxova
görə başına min oyun gəlsə də, onu sevməsini, Meloxova görə min
bəlaya tuş gəlməsini başa düşməyib. Dayısı arvadından soruşub. Adi
rus qadını deyib ki, Aksiniya sədəqatli it kimidir. O başına gələn,
gələcək bəlaları bilsə də Meloxov onu itirir, özünü idarə edə
bilmir, özündən ixtiyarsız öz bəlalarına doğru qaçır...
Bu sırf qadın, insani yanaşmadı. Tənqidçi, yazıçı, filoloq
yanaşması deyil. Əlbəttə, bir qazan bozbaş, bir paltar, bir üzük
üçün ən pis adamı öz ərinə nümunə göstərən, ya açıqca, ya da
ürəyində “kül sənin kişi başına” deyən “Azərqadınlar” bu söhbəti
başa düşməzlər. Onlar öz gəlirlərini çox yaxşı bilirlər. Təbiətlə,
romantikayla, poeziyayla onları aldatmaq mümkünsüzdür. Onlar hər
şeyə rasional yanaşırlar. Praqmatikdirlər. Nəsə. Söhbəti
uzatmayım.
Aksiniyanın Meloxova sonsuz məhəbbətini fədakarlıq etməyi bacaran,
bir kişinin dalınca düşüb Rusiyadan N. saylı rayona gələn qadın
başa düşər. Anlayar. Necə ki, bədbəxtləri yalnız bədbəxt anlayar.
“Sevgiylə qarın doymaz” sözünü həyat fəlsəfəsinə çevirmiş
“Azərqadınlar” üçün belə söhbətlər gülməlidir. Axmaqlıqdır...
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR