• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“İlk sevgilim övladlarımın anasıdır” - BEŞMƏRTƏBƏ

  • Yazarlar
  • 26 Aprel 2012 18:08
  • 196 Baxış
“İlk sevgilim övladlarımın anasıdır” - BEŞMƏRTƏBƏ

Dəyişmək istərdinizmi?

1. İllərin sürətini...

- Yox. Çünki bu mənim gücüm çatacaq iş deyil.

2. Çevrənizi...

- Yox. Çevrəmdə o qədər çox adam yoxdur, olanları dəyişməyə də səbəb görmürəm.

3. Adınızı...

- Yox. Məncə, adıma görə məni tanıyanlar heç vaxt “Bu nə addır?” deyə düşünməyiblər.

4. Yaşınızı...

- Yox. Bu, mənim qismətimə düşən ömür payıdır.

5. Bədəninizi...

- Yox. Özümü indiki görkəmimdə rahat hiss edirəm.

Görüşməyi arzulardınızmı?

1. Yadplanetlilərlə...

- Yox. Mənim Yerdə əlim çatmayanlar kifayət qədərdir.

2. İlk sevginizlə (ilk sevdiyinizlə)...

- Yox. Çünki ilk sevgim həmişə yanımdadır, övladlarımın anasıdır.

3. Məhəmməd Füzuli ilə...

- Hə. Ondan müasir Leyli və Məcnunların halını soruşardım.

4. Vanqa nənə ilə...

- Yox. O, çox uzaqgörənlik edir.

5. İlk insan olan Adəmlə...

- Hə. Ondan indiki insanlara münasibətini soruşardım.

Darıxırsızmı?

1. Uşaqlığınız üçün...

- Hə. O illərin ayrı ləzzəti vardı.

2. Uzaq bir yer üçün...

- Hə. Lap uzaqlara, hətta çox az adamın olduğu yerə getmək istərdim.

3. Dünyasını dəyişmiş kimsədən ötrü...

- Hə. Bir neçə nəfərdir.

4. Gələcəyi gözləməkdən...

- Yox. Çünki onsuz da həmin gələcək özü yoldadır, yavaş-yavaş gəlir.

5. Bəzən səbəbsiz...

- Yox. Çünki darıxmaq üçün səbəb lazımdır.

Oxuya bilirsizmi?

1. Hər gün kitab...

- Yox. Buna ən azı işin çoxluğu imkan vermir.

2. Hər səhər qəzet...

- Hə. Bir neçəsini vərəqləyib, diqqətimi çəkən yazılara oxuyuram.

3. Elektron material...

- Hə. Əslində elektron material oxumaq mənim işimin ən başlıca xüsusiyyətidir.

4. Mahnı...

- Yox. Heç qabiliyyətim yoxdur.

5. İnsanları üzündən...

- Hə. Əgər belə olmasaydı, insanların yaxşısı ilə pisini seçə bilməzdim.

İnanırsızmı?

1. Sevdiyinizə yüz faiz...

- Hə. Çünki artıq sınaqdan keçirmişəm.

2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...

- Yox. Əgər az qala hər gün iddia edildiyi kimi bəşəriyyətin sonu yaxınlaşırsa, deməli, gələcək xoşbəxtlikdən danışmağa dəyməz.

3. Allaha...

- Hə. Çünki mən də onun bir bəndəsiyəm.

4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...

- Hə. Bəlkə də sadəlövhlüyümdən irəli gəlir.

5. “Siz hamıdan yaxşı adamsınız” sözünə...

- Yox. Çünki hamı üçün yaxşı adam olmaq mümkün deyil.

P.S. Bu günlərdə Azər Hüseynbalanın 50 yaşı tamam olub. İllərin sürətini dəyişməyə gücü çatmasa da Leyli-Məcnunun halı ilə maraqlanan, Allahına bəndə, ilk sevgisinə yoldaş olan həmkarımızı, iş yoldaşımızı və dostumuzu Publika.Az-ın və “Gündəlik Teleqraf” qəzetinin kollektivləri adından təbrik edir, ona uzun ömür, cansağlığı arzulayırıq!

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR