Yazarlar
Həmid Herisçi xəstəliyi
Yarımca saat onunla söhbət edən ayıq adam əmin ola bilər ki, əslində o, kimdi, nəçidi, hadisələrə, insanlar münsibəti necədi...
Dünya şöhrətli postmodernist yazar Unberto Ekonun bu yaxınlarda möhtəşəm bir fikrini oxudum: “Mən o adamı intelektual, savadlı sayıram ki, o adam həqiqi yaradıcı adamdı”. Yəni orda-burda nə gəldi danışan, oxuduqlarını əzəbərləyib gözə soxan yox.
Həmid Herisçinin yaradıcılığı gah nala, gah da mıxa vura-vura danışmaqdan başqa bir şey deyil. Səmimi dedim, bu adamla iki-üç dəfə söhbətləşəndən sonra (daha doğrusu, ancaq o danışıb) nəinki ədəbiyyata, hətta həyata da nifrət etmişəm. Bu adam o qədər qaramat püskürür ki, günün günorta çağı çıraqla gəzsən, onda zərrə qədər işıq tapa bilməzsən.
Bütün “...izm”ləri keçib, bütün cəbhələrdə olan, bütün ideologiyaların “dadına baxan”, postmodernizmi Azərbaycanda inək kimi otardığını, gündüz naxıra, axşam axıra "gətirib-apardğını" deyən bu adamı son aylarda mən həqiqətən tanıdım.
Almaniyada yaşayan dəyərli dostumuz Fəxrəddin Hacıbəyli bir dəfə facebook-da Həmidin verdiyi müashibədən bir fikir yazıb, onunla yüngül zarafat etmək istəmişdi. Həmin fikirdə Həmid Herisçi belə demişdi: "... atam Bakıya mauzerlə gəlib. Məndə şəkli də var".
Atası Qafar kişinin Güneydən Quzeyə, yəni o taydan bu taya mauzerlə keçməsini deməsiylə yüngül zarafat edilməsinə dözməyən Həmid elə əl-ayağa düşmüşdü, elə qoprağı götürülmüşdü ki, gəl görəsən. Təsirinə saldığı iradəsiz gənc yazarlardan bir neçəsini “səfərbər” edib facebook-da Fəxrəddin bəyin üstünə “göndərən” şair, üstəlik yaxın dostlarını da Fəxrəddin bəyə cavab verməyə məcbur etmişdi. Hərçənd Fəxrəddin bəy də necə lazımdı onların cavabını vermişdi.
Hətta bununla da yetinməyən bu “hərşeyşünas” alim Fəxrəddin bəyin o statusdakı zarafatına rəy yazdığıma görə atasının həmin “belimauzerli” şəklini və onun Pişəvəri tərəfindən verilməsini təsdiqləyən “əlyazmanı” özünün də, mənim də lövhəmdə paylaşmışdı.
Burda gülməli məqam ondan ibarət idi ki, Həmid bəy özünü necə itirmişdisə, həmin şəklin altındakı tarix və məkanın adını silməyi unutmuşdu: “1946. Təbriz”.
Qafar Kəndlinin bu taya “belimauzerli” keçdiyini bağıra-bağıra deyib fəxr edən bu adam, görən niyə bizə 1946-da Təbrizdə çəkilən şəkli göstərməyə çalışırdı, ona gülməyim tutdu. Üstəlik sovetin o “bron-bron” vaxtında.
Qafar kişini şəxsən tanıyanlardan eşirtiyim budur ki, deyilənə görə, bu adam sakit təbiətli alim bir adam olub. İndi Həmidin rəhmətliyi hər dəfə niyə bu qədər tez-tez xatırlamasını yaxşı anlayıram.
Arturo Qrafın gözəl bir fikri var: “Fəxr etməyə bir şeyləri olmayanda adamlar çəkdikləri iztirabla öyünərlər”. Həmid Herisçi də belədi. Öyünməyə və yazmağa bir şeyi olmayanda, o taydan bu taya keçən Qafar kişidən və onun mauzerindən yazır.
Dediyim kimi, postmodernizmi Azərbaycanda inək kimi otardığını, gündüz naxıra, axşam axıra "gətirib-apardığını” deyən, bütün günü "dədəli" Anarı söyən Həmid bəy bütün bunların postmodernizmə qəti yad olduyğunu görən bilirmi? Konisprologiyadı-nədi, adını da deyə bilmirəm, hələ onu demirəm...
Həmid Herisçinin əsl üzünü Rafiq Tağının başına gələn məlum olaylardan sonra gördüm. Rafiq bəy öldürülməmişdən bir az əvvəl onların arasında kəskin polemika olmuşdu. Daha doğrusu, Həmidin bütün quzeyliləri, yəni bu taydakıları qeyri-ciddi adlandırmasına Rafiq bəy elə tutarlı cavab verib, onun iç üzünü elə açıb göstərmişdi ki, yazı Həmdi şoka salmışdı.
Ev qəhrəmanı olan bu yazar bu yazıya evdə yazdığı “cavabı” Rafiq bəyin başına gələn bədbəxt olaydan həmən sonra çap etdirmiş və bu yazını bir neçə gün dalbadal öz facebook səhifəsində paylaşmışdı.
Murad Köhnəqala Rafiq bəylə bağlı yazımdan sonra Həmidin adına heç nə verə bilmədiyim bu əməlini mənə deyəndə əvvəlcə inanmadım, dedim, day bu qədər də olmaz da. Ama girir Həmidin səhifəsinə baxanda hər şey mənə məlum oldu. Rafiq bəy öldürüləndən iki-üç gün sonra o yazını öz səhifəsində ən azı 5 dəfə paylaşmışdı.
Üstəlik, guya bu adam Rafiq bəylə eyni cəhbədən idi...
Rafiq Tağı öldürüləndə yazdığım yazıda işlətdiyim bir fikri Həmidin timsalında bir daha təkrarlamaq zorundayam: “Bu ədəbi mühitdə bütün həyasızlıqları görmüşdüm, ama ölümə qarşı həyasızlığı görməmişdim”.
Bax, Həmid Herisçi belə bir adamdı. Öz təsirinə saldığı iradəsiz gənc yazarların onun haqqında yaratdığları mif əslində belə məqamlara xidmət edir. Hətta bu gənc yazralar “Həmid Herisçi kimi yazmaq”dan yetinməyib, özləri dediyi kimi, yazarkən gözlərinin önümə gətirdikləri “ideal prototip” də Həmid Herisçi olur. Buna görə də onların ədəbiyyat təsəvvürləri də “Həmid Herisçi” boydadı.
Ömrü boyu ən yüksək mərtəbələrdə yaşayan, nə işlər çevirdiyi məlum olmayan, yıxılana balta vurmağı cəsarət sayan, gecə-gündüz ağızdolusu “yeraltı ədəbiyyat”dan danışan bu adamdan başqa heç nə gözləmək də olmaz.
Yazdığı kitablar, yazılar dünyada çoxdan deyilənlərin suyunun suyu, xarici saytlardan “ksroks” məlumatlardı. Bu şeylərdən xəbərsiz zavallı Azərbaycan oxucusu da bu oyunlara gedib inanmaqda, ondan mif yaratmaqda davam edir...
P.S. Bu, hələ son deyil...
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var