Şəklini mənə göndər - XIII
Bizi izləyin

Yazarlar

Şəklini mənə göndər - XIII

Dünyanın bu yeni dövründə ayrı-ayrı adamların virtual tanışlıqdan başlayan dostluğu sosial şəbəkələrdə geniş yayılıb. İnternet istifadəçiləri virtual məkanda bir-birilə fikir bölüşmək imkanı qazanmaqda davam edirlər. Xeyli vaxtdı planetin ən məşhur elektron şəbəkələrindən sayılan Facebook-da status və rəylərimlə çıxış edirəm. Dostluğumda 4 minə yaxın istifadəçi var. Bu məkanda hər bir istifadəçiyə həm də gizli məktublaşma imkanı verilib. Qapalı məktublaşma zamanı səmimi, saxta, düşüncəsini bəyəndiyim və bəyənmədiyim adamlarla uzun müddətdir ki, təmasdayam.

Prosesdə mübahisə etdiyim, söyüşdüyüm, sevişdiyim, real həyatda görüşüb dostlaşdığım insanlar çoxdu. Bu gizli aləm insanlara tam səmimi olmağa, öz düşüncəsini, dərdini, ehtirasını qarşıdakı ilə bölüşməyə imkan yaradır. Oxuyacağınız roman 20 yaşlı bir xanımın 52 yaşlı bir yazarla gizlin söhbətləşməsidi. İctimai marağa səbəb olacağını nəzərə alaraq üzünü görmədiyim Dəniz xanımın icazəsi ilə mətni roman janrında işığa çıxarmağı qərara aldım.

http://previous.publika.az/?id=3704

XIII yazı

Fevral 2

Deniz

siz şagirdinə pis gözlə baxan məllimsiniz )))

Fevral 2

Murad Kohneqala

hə,

dəqiq!!! )))

ama, görmədiyi şagirdinə...

Fevral 2

Deniz

elədi...

Fevral 2

Murad Kohneqala

o qədər belə olub ki,

məllim öz şagirdinə vurulub,

ancaq mənim yaşımda yox,

mənimki istisnadı...

Fevral 3

Deniz

ilk dəfədi ki, yaşınızla bağlı

məhdudluğu qəbul edirsiniz )))

Fevral 3

Murad Kohneqala

dünən bütün günü mərdəkanda

işıqlar sönmüşdü,

bu gün saat 15-də yandırdılar,

məndə mademlə işlədiyindən

internetə girə bilmirdim,

səndən ötəri çox darıxdım... )))

səni əlçatmaz elədiyinə görə

ilk dəfədi ki,

yaşıma nifrət elədim...

Fevral 3

Deniz

salam, necəsiniz?

Fevral 3

Murad Kohneqala

çox sağol, dəniz xanım,

yaxşıyam!

sən necəsən?

səndən çıxmayan iş,

heç adamın halını soruşmazdın...)))

Fevral 3

Deniz

təşəkkür edirəm, mən də yaxşıyam.

))) qəlbim yaman kövrək olub axır zamanlar,

yəqin ona görədi...)))

Fevral 3

Murad Kohneqala

insan ən çox sevəndə kövrəlir,

yəni romantikləşir...

Fevral 3

Deniz

bu mənə aid deyil...

Fevral 3

Murad Kohneqala

hə,

sən sevdikcə qəzəblənirsən... )))

Fevral 3

Deniz

siz hardan bilirsiniz?...)))

Fevral 3

Murad Kohneqala

mən hiss elədiklərimi deyirəm...

Fevral 3

Deniz

nə deyim.......

Fevral 3

Murad Kohneqala

ürəyindən hansı söz keçir,

sənə nə yazım?..

Fevral 3

Deniz

sizin ürəyinizdən hansı keçir onu yazın...

Fevral 3

Murad Kohneqala

səni görmək istəyirəm,

oturub bir gün sənə baxardım...

Fevral 3

Deniz

....

Fevral 3

Murad Kohneqala

hərdən söhbət də eləyərdik... )))

bir də səninlə qatarda

tiflisə gəzməyə gedərdim...

Fevral 3

Deniz

niyə məhz, tiflisə?..)))

Fevral 3

Murad Kohneqala

azərbaycandan çıxmağın

ən rahat yoludu...

tiflis sevdiyim şəhərdi,

orda dostlarım çoxdu,

həm də belə olsaydı

bizi gürcülər heç vaxt qınamazdı...

Fevral 3

Deniz

onu da deyim ki,

tiflisi mən də çox sevirəm...

hərçənd ki, hec vaxt olmamışam,

yalniz televizovda görmüşəm…

Fevral 3

Murad Kohneqala

məsələn,

gecə Bakıdan iki nəfər qatarın SV vaqonuna

oturub ölkənin qərbinə tərəf yol başlayır...

axşamüstü tiflisin vağzalında

dostlar onları qarşılayır...

orda hər şey avropadakı kimi keyfiyyətlidi.

otellər, kafelər bizdəkindən iki dəfə ucuzdu...

tiflis bütün qədimiliyini qoruyub saxlayır,

kür çayı hündür,

qalın mərmər bardyorlarla əhatələnib,

şəhərin içindən yola salınır,

ta, bizdəki kimi daşıb camaatın evinə dolmur... )))

Fevral 3

Deniz

çox gözəl...

məmuniyyətlə gedərdim…)))

Fevral 3

Murad Kohneqala

başımda bir xoşbəxtlik şimşəyi çaxdı...

səninlə unudulmaz günlər yaşamaq,

çox sevinərəm...

Fevral 3

Deniz

niyə?

harasa getmirik axı,

mən, gedərdim, dedim,

gedirəm, demədim ki...

Fevral 3

Murad Kohneqala

elə bildim, artıq səni “bişirmişəm”...

sən demə, adamı məhv eləməyi də yaxşı bacarırsanmış...

Fevral 3

Deniz

mən də elə bilirdim,

siz məni ələ almağı bacararsiniz…

yanılmışammış… ))))

Fevral 3

Murad Kohneqala

ona görə

altı ağac aralıda durmusan?.. )))

Fevral 3

Murad Kohneqala

gözəlim,

canım,

sevdiyim,

mavi gözlüm,

könlümün sultanı!!!

niyə yazmadın?..

Fevral 3

Deniz

bu, yeni taktikadı?...)))

Fevral 3

Murad Kohneqala

hə,

mən artıq səngəri dəyişdim... )))

inan, belə deməyimə baxma,

səni tapsam qanını içəcəm...

Fevral 3

Deniz

belə baxıram,

bir vaxt mənə şamil etdiyiniz

o vampirlik hissi sizdə daha çoxdu…))

Fevral 3

Murad Kohneqala

bilrəm,

özünə vampir dost tapdığına görə

çox sevinirsən,

xoşbəxtsən!.. )))

Fevral 3

Deniz

sevinmirəm,

bilirsiniz niyəə?

hər ikimiz bir birimizin qanını içmək istəyəcəyik,

bu isə biraz müəmmalı məsələdi…)))

Fevral 3

Murad Kohneqala

bəs sevgi odu daa!

olmaya, sən də "vağzalı" çaldırmaq üçün sino gedirsən?

bir-birimizin qanını içirik,

bir-birimizi sevirik,

qanımızı qarışdırırıq...

sevgi nədi?

sevgi ən birinci şəhvətdi.

insanların xarakterindən və

təfəkküründən asılı olaraq

şəhvətlər də müxtəlif olur...

bizim kişiləri impotent eləyən,

əsasən, şəhvəti bilməyən qadınlarıdı...

seks özünüboşaltma deyil,

bu bir hiss mədəniyyətidi...

sən məndən sonra

çoxlarıyla məktublaşa bilərsən,

lakin bu yazışmadan aldığımız həzzi

eynilə özgəsindən ala bilmərik.

aşağı-yuxarı ola bilər,

ancaq eyni ola bilməz...

azad insan ehtirasa çox bağlı olur,

ehtiras isə insanın zövqündən qaynaqlanır.

Fevral 3

Deniz

çox doğru deyirsiniz…

bəzən insanlar ehtiras deyərkən,

elə münasibətlər nəzərdə tuturlar ki,

heyvanatdan heç də fərqlənmir...

ona görə bəzən bu cur münasibətlər ən pis sonuclara gətirib çıxarır...

Fevral 3

Murad Kohneqala

sənə bir qartopu atardım... )))

(ardı var)

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm