“Salam, dar ağacı“ şeirinin əsl müəllifi: “Rüstəm Behrudini qınamıram...“
Bizi izləyin

Yazarlar

“Salam, dar ağacı“ şeirinin əsl müəllifi: “Rüstəm Behrudini qınamıram...“

Ötən günlərdə Facebookda "Ölü yazarlar dərnəyi" səhifəmizdə "Salam, dar ağacı" şeiri ilə bağlı mübahisə oldu. Yazar dostlarımdan eşitmişdim ki, Rüstəm Behrudi həmin şeiri hansısa özbək şairindən "çırpışdırıb" və istinad etməyib. Mən də eşitdiyim bu məsələni olduğu kimi dərnəkdə yazdım. Əks fikir də oldu. Axırda belə qərara gəldik ki, məsələni hərəmiz bir tərəfdən araşdıraq. Dostların köməyi ilə həmin şairi - əslən naxçıvanlı olan, uzun müddətdir Özbəkistanda yaşayan Akif Azalpı tapıb ona zəng etdim.

Ənənəvi müsahibə üsulundan yan keçib, telefon danışığımızı olduğu kimi diqqətinizə çatdırıram.

- Salam, Akif bəy.

- Salam.

- Deyəsən Bakıdasız.

- Bəli.

- Çoxdan Azərbaycandasız?

- Ədəbi-mədəni əlaqələrlə bağlı gəlib-gedirəm. Bir ayağım burdadı, bir ayağım orda. Kitab da çıxırarıq.

- Amma Özbəkisatnda yaşayırsız...

- Hə. Oranın vətəndaşıyam, orada Mili Elmlər Akademiysında, Nəvai adına Ədəbiyyat İnstitutunda çalışıram.

- Lap yaxşı. Akif bəy, Deməli bir məsələ var. "Dar ağacı" mövzusunda dostlarla mübahisə etmişik. Mən axtara-axtara sizin Facebookdakı səhifənizi tapdım. Şeirinizlə orda tanış oldum. Maraqlıdır, əslində həqiqət necədir? "Dar ağacı"nı birinci kim əkib?

- Mən onu Özbək dilində yazmışam. Şeirin orijinal variantını çox yerdə oxumuşam. Anar müəlimin "1500 ilin oğuz şeiri" adlı iki cildlik kitabı var. Həmin şeir orda da çap olunub. Şeirimi hərə bir cür tərcümə edib. Mən heç birini tam bəyənmirəm. Bilirsiz, Rüstəm bəyə qədər 5-6 adam o adla şeir yazıb. Amma fərq orasındadır ki, onlar hamısı ilkin imzaya xitab ediblər. Mənim ona da hörmətim var. Qınamıram...

- Akif bəy, məsələ ondadır ki, sizin şeirlə Behrudinin şeiri əslində xeyli fərqlidir.

- O şeir konkret hadisə ilə bağlıdı. Qberyan deyilən bir quldur var idi. 1986-cı ildə o "pambıq işi" adı altında xalqa qan uddururdu. Bütün tarixi türklərin qisasını özbəklərdən alırdı. Şeir o hadisələrin əks-sədasından yarandı. Həmin ildə Alma-ata üsyanı da oldu. Sonra , 1989-cu ildə Həmzə Həkimzadə Niyazinin yubileyi oldu. Hesab edin ki, Həmzə Niyazi Özbəkistanın Cabbarlısıdır. AYB-dən də gənc şair kimi bu dostumuzu göndərmişdilər. (Behrudini – R.R.) Çoxlu tədbirlər, ziyafətlər oldu. Mən orda öz şeirimi oxudum. Türkiyədən, Almaniyadan olan dostlarım da bunun şahididir. Amma indi yazıb da. Onun da haqqı var. İstedadına da hörmətim var.

- Amma insafən yaxşı yazıb. Sadəcə məsələ ilkin müəllifə xitabdadır.

- Bəli. İstedadlıdır. Rauf Tərvli mənim haqqımda şeir yazıb. Rus şairləri ona "Pasternak" deyirlər. O çoxumuzun ustadıdır. Rəhmətə gedib. Bu şeiri məndən sonra ikinci yazan o oldu. Amma o ithaf olaraq yazıb. Şeirin başlığından sonra yazılıb ki, Akif Azalpa. Çox-çox sonralar, ölümündən qabaq onun bir məqaləsi də var idi. Həmin məqalədə o bu şeirlə bağlı ətraflı məlumat verib. Sonra qeyd edib ki, 1992-ci ildə, Türkiyədəki mitinqdə Behrudi əvvəlcə mənim, sonra da özünün dar ağacı şeirini oxuyub. Onda olduğu kimi deyib, çünki şahidlər var idi. Sonra da məşhur oldu. Allah var eləsin. Rüstəmə qarşı ciddi itthamla mənim yanıma çox gəliblər, amma mən bunu istəməmişəm. Səmimi deyim, o şeirin canı əslində elə o misradadır. Dar ağacına, zülmə meydan oxumaq. Mən bunu özümə görə demirəm. Söhbət o misradan gedir. Məsələn, mənə deyirlər ki, sən şeirdə Turan deyirsən, o isə Turan elini xırdalayır – Özbəkəm, Qırğızam, və.s. deyir. Onun şeirdəki yeniliyi "əleyküm salam" ifadəsidir. O da uğursuzudr. Çünki dar ağacı əleyk deyə bilməz. Bax belə deyirlər. İndi adımı göstərməyib, neyləyək...

- Sizdən əvvəl kimsə dar ağacına xitab edib?

- Birmənalı deyim ki, bu şeiri yazılı ədəbiyyata mən gətirmişəm. "Gündoğmuş" adlı bir dastan var. Bizim Dədə Qorqud dastanı kimi qədim dastanlardandı. Orda qəhrəmanın dar ağacına müraciəti var. O dastanda bu xitab da var. Mən də öz şeirimdə qeyd etmişəm ki, bu xitab "Gündoğmuş" dastanındandır. Amma onu yazılı ədəbiyyata mən gətirmişəm. Göstərmişəm ki, bu xalq heç vaxt zülmə dözməyib.

- 1989-cu ildən sonra Rüstəm Behrudini görmüsüz?

- Yox, görüşməmişik.

- Səhv eləmirəmsə siz də əslən Naxçıvandansız...

- Nəinki, Naxçıvan, hətta mənim ana tərəfim Ordubaddandır. Hələ dərinə getsəm Behrudi ilə qohum da çıxarıq (Gülür). Amma mən həmişə demişəm ki, Behrudi istedadlı şairdir. Baxmayaraq ki, çox istəyiblər bu şeiri ədəbi oğurluq kimi təqdim eləsinlər.

Raqif Raufoğlu

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm