Azərbaycan xalq dastanları 3 diskdə buraxılıb
Bizi izləyin

Yazarlar

Azərbaycan xalq dastanları 3 diskdə buraxılıb

AMEA Folklor İnstitutunun Folklor studiyası tərəfindən Azərbaycan xalq dastanları 3 diskdə buraxılıb.

Tərtib edənlər AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), fil.ü.f.d. Elxan Məmmədli, Miraslan Bəkirli, fil.ü.f.d. Elçin Abbasov, Elşad Məmmədovdur.

Dastan ifaçılığı haqqında geniş təsəvvür yaratmaq və bu ifaçılığı əvəzsiz bir sənət sahəsi olaraq gələcək nəsillərə ötürmək məqsədilə AMEA Folklor İnstitutu silsilə musiqi albomları buraxmağı vacib iş sayır. İlk albomda dastan ifaçılığına örnək olaraq Aşıq Hüseyn Saraclının ifasında “Əsli-Kərəm”, Aşıq Əkbərin ifasında “Novruz-Qəndab”, Aşıq İmran Həsənovun ifasında “Qurbani” dastanından əsas hissələr yer alıb. Hər 3 dastan Azərbaycan məhəbbət dastanlarının ən gözəl nümunələri sırasındadır.

Bildirək ki, Folklor studiyasının yaradılmasında məqsəd folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron informasiya bazasının zənginləşdirilməsi, yüksək səviyyəli audio və video materialların hazırlanması işlərinin təmin edilməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm