• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Xuan Rulfonun “Pedro Paramo” romanı Azərbaycan dilində nəşr olunub

  • Yazarlar
  • 29 Dekabr 2014 07:18
  • 558 Baxış
Xuan Rulfonun “Pedro Paramo” romanı Azərbaycan dilində nəşr olunub

Meksika yazıçısı Xuan Rulfonun “Pedro Paramo” romanı Azərbaycan dilində nəşr olunub.

Roman Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) “Tərcümə Mərkəzinin Kitabları” seriyası çərçivəsində işıq üzü görüb. Romanı dilimizə yazıçı, tərcüməçi Yaşar çevirib.

“Pedro Paramonu yazsaydım, mən də yazıçılığın daşını atardım”. Meksika yazıçısı Xuan Rulfonun uzun illər susmağının səbəbini Latın Amerikası ədəbiyyatının digər nəhəngi – kolumbiyalı Qabriel Qarsiya Markes belə izah etmişdi. Markes həm də yazıçının bu susqunluğundan şübhəli idi. O, X.Rulfonu Latın Amerikası nəsrinin korifeyləri arasında özünün ən əsas rəqibi sayırdı. 1986-cı ildə Xuan Rulfon 68 yaşında vəfat edəndə məlum oldu ki, 1955-ci ildə dərc etdirdiyi hekayələr toplusunun ardınca onun həmin ildə yazdığı “Pedro Paramo” adlı bu ilk romanı həm də yazıçının son əsəri imiş. Beləcə, həcmcə yığcam bu iki kitabı və 31 illik sükutu ilə az yazmağın dahisi ədəbiyyatda kəmiyyət anlayışını alt-üst etdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR