Azərbaycanlı gənc yazarın Türkiyədə kitabı nəşr olundu
Bizi izləyin

Yazarlar

Azərbaycanlı gənc yazarın Türkiyədə kitabı nəşr olundu

Türkiyənin “Cinius” nəşriyyatında “Hocalının Kurdeleli Anahtarı” (“Xocalının Lentli Açarı”) romanı çap olunub.


Publika.az-ın məlumatına görə, kitabın müəllifləri gənc yazarlar Ziyad Quluzadə və Dilbər Quliyevadır.


Roman Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun dəstəyi ilə çap olunub.


Z. Quluzadə bildirib ki, “Hocalının Kurdeleli Anahtarı” romanı erməni qəsbkarları tərəfindən Xocalıda törədilmiş soyqırımı psixoloji-postmodern ədəbiyyat prizmasından “Kollaj” və “dekonstruskiya” edilərək, tarixi hadisələrdə Kafka və klassik ədəbi qəhrəmanların iştirak etdiyi bir tablo yaradıb: “Kitab Türkiyədə bir çox kitab dükanlarında və aparıcı internet satış mağazalarında oxucuların ixtiyarına verilib”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm