Vaqif Səmədoğlu I Fəxri Xiyabanda dəfn ediləcək - FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Yazarlar

Vaqif Səmədoğlu I Fəxri Xiyabanda dəfn ediləcək - FOTOLAR (YENİLƏNİB)

Vaqif Səmədoğlu ilə sabah saat 15-də vida mərasimi keçiriləcək.

Ailəsindən Publika.az-a verilən məlumata görə mərasim Akademik Milli Dram Teatrında keçiriləcək.

****

Bu gün dünyasını dəyişmiş xalq şairi Vaqif Səmədoğlunun ailəsinə başsağlığı verənlər arasında akademik Nizami Cəfərov da var.

O deyib: “Vaqif Səmədoğlu son anadək ağır xəstəliklə mübarizə apardı. Xaraktercə də mətin, dözümlü adam idi. İtkimiz ağırdır, Azərbaycan xalqı bu itkinin ağrısını sonradan daha çox hiss edəcək. Dövlətimiz onun yaşaması üçün son anadək əlindən gələni etdi. Bununla belə, ağır xəstəlik öz sözünü demiş oldu. Kədərimiz çox böyükdür, bunu ifadə etməyə söz tapa bilmirəm”.

Cəvahir Səlimqızı

***

“Vaqif Səmədoğlunun harada dəfn olunması məsələsiylə məşğuluq. Çox güman ki, Birinci Fəxri Xiyabanda dəfn ediləcək”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin baş katibi Fikrət Qoca bildirib. F.Qocanın sözlərinə görə, xalq şairi ilə vida mərasimi sabah keçiriləcək. Artıq şairin nəşi Təzə Pir məscidində yuyularaq evinə gətirilib.

Publika.az-ın müxbiri hazırda şairin evindədir. Ailəsinin əməkdaşımıza verdiyi məlumata görə, şairin halı dünən gecədən pisləşib. Bir neçə dəfə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Xalq şairi bu gün saat 11 radələrində vəfat edib.

İntiqam VALEHOĞLU

Cəvahir SƏLİMQIZI

FOTOLAR: Elnur Muxtarındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm