• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanda başqa xalqlarda qarşılığı olmayan 50 yeni nağıl tapılıb

  • Yazarlar
  • 29 Yanvar 2015 17:19
  • 682 Baxış
Azərbaycanda başqa xalqlarda qarşılığı olmayan 50 yeni nağıl tapılıb

Azərbaycanda başqa xalqlarda qarşılığı olmayan 50 yeni nağıl tapılıb.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutundan Trend-ə verilən məlumata görə, “Azərbaycanın Qarabağ bölgəsinin folklor nümunələrinin toplanması, sistemləşdirilməsi, arxivləşdirilməsi və dəyərlənləndirilməsi” layihəsi başa çatıb. Layihə çərçivəsində 300-dən artıq mifoloji mətn, 1000-dən artıq əfsanə və rəvayət, 350-dən artıq nağıl, 400-dən çox lətifə, 1200-ə yaxın atalar sözü və məsəl, 2000-dən artıq yeni bayatı əldə olunub.

Layihə çərçivəsində əldə edilən 350-dən artıq nağılın 50-nin başqa xalqlarda qarşılığı yoxdur və bu süjetlər dünya üzrə nağılların kataloqu hesab edilən Aarne-Tomson Beynəlxalq Nağıl Göstəricisinə düşməyib. Yəni 50 nağılın tipi, məzmunu, əsas süjet xətti dünya nağıllarında yoxdur. Onlar həmin göstəriciyə düşməyiblər. Ancaq bu nağıllar artıq Azərbaycanın nağıl kataloqlarına daxil edilib.

İnstitutdan bildirilib ki, tədqiq edilməmiş yeni lətifə qəhrəmanları - Aşıq Abbas, Bic Paşa, Lotu Əmirqulu kimi hazırcavab insanlar haqqında ilk dəfə lətifələr toplanılıb. Qaçaqlar – Sarıtel Aslan, Qaçaq Süleyman, Qaçaq Camal, Xanalı, Kürdoğlu Məhəmməd haqqında xeyli yeni rəvayətlər əldə edilib. Tədqiqat nəticəsində bunlardan əlavə, laylalar, oxşamalar, uşaq folkloru nümunələri, bölgədə yaşayan insanların məişətinə, tarixinə dair materiallar da əldə edilib.

Bununla yanaşı, peşəkar nağıl söyləyiciləri də üzə çıxarılıb. Onlar Ağdamın Ətyeməzli kəndində Əli Süleymanov, Bərdənin Seyidyusifli kəndində Musa Bayramov, Ağcabədinin Afşar kəndində Narış Bayramova və s. olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR