Patterson öz-özünə yox olan kitab yazdı
Bizi izləyin

Yazarlar

Patterson öz-özünə yox olan kitab yazdı

Amerika yazıçısı Ceyms Patterson öz pərəştişkarlarının oxu sürətini sınağa çəkmək qərarına gəlib.

Axar.az xəbər verir ki, yazıçı yeni "Private Vegas" (Xüsusi Veqas) trillerinin 24 saat ərzində öz-özünə “məhv olan” elektron və nəşr variantlarını buraxıb.

Kitabın elektron variantını ilk min oxucu ödənişsiz yükləyə biləcək. Ancaq bundan sonra oxucu faylı açan andan taymer işə düşəcək və bir sutkadan sonra kitab avtomatik silinəcək. Patterson trillerin nəşr variantına isə cəmi 294 min dollara sahiblənməyi təklif edir. Bu məbləğə kitabla yanaşı yazıçının özü ilə şam yeməyi də daxildir. Ancaq məsələ burasındadır ki, bu nəşr də 24 saatdan sonra yox olur.

Kitabın standart nəşr variantı isə bu qeyri-adi aksiyadan sonra satışa çıxarılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm